Fiziki şəxslərin müddətli əmanətləri iyulda dəyişməyib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 26 avqust, AZƏRTAC
Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında dəyişməyib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 71,7 faizi (12 milyard 522,4 milyon manat) milli valyutada, 28,3 faizi (4 milyard 944,2 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64,9 faizi (11 milyard 342,2 milyon manat) müddətli əmanətlərdən ibarətdir.
Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 120,7 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74,7 faizini təşkil edib.
Cari ilin iyul ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1,2 faiz (2755 əmanətçi), ilin əvvəlindən 15,1 faiz (29 min 230 əmanətçi) artaraq 223,4 min nəfər olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 26 Avqust 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















