Fiziyevin rəqibi: Bütün Çili məndən qələbə gözləyir
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Fiziyev son üç döyüşündə məğlub oldu. Amma o, bu döyüşlərdə çox böyük təcrübə topladı".
Oxu.Az xəbər verir ki, bunu Rafael Fiziyevin rəqibi İqnasio Baxamondes Bakıda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Rafael Fiziyev indi qələbələrə acdır:
"Düşünürəm ki, Fiziyev Bakıda ən yaxşı döyüşünü keçirəcək. Mən də özümü bunun üçün hazırlamışam".
"Çili futbol ölkəsi olub hər zaman. Amma təəssüf ki, son illər futbolda əvvəlki uğurlar yoxdur. Ona görə də bütün Çili məndən qələbə gözləyir. Mən qələbə qazanıb, bunu onlara hədiyyə etmək istəyirəm", - deyə İ.Baxamondes bildirib.
Qeyd edək ki, Rafael Fiziyev iyunun 21-də keçiriləcək UFC turnirində iştirak edəcək. O, "Baku Crystall Hall"da təşkil olunacaq yarışda İqnasio Baxamondeslə üz-üzə gələcək.
Təhməz Əsədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 İyun 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















