Flamenqonun Juninyo ilə maraqlanması Beşiktaşın sabiq futbolçusunu təəccübləndirib
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
"Flamenqo"nun Juninyonu transfer etmək istəyi məni təəccübləndirdi.
"Report" "Lance" nəşrinə istinadən xəbər verir ki, bunu sabiq futbolçu Ramon Motta "Qarabağ"ın hücumçusu Olavio Juninyonun Braziliya təmsilçisinə mümkün keçidini şərh edərkən deyib.
36 yaşlı keçmiş müdafiəçi sabiq klubundan adlı-sanlı oyunçu transferi gözlədiyini bildirib:
"Daha əvvəl Rojer Qedes və Roberto Firminonun da adı çəkilirdi. Bu məqamda Qabiqolu (Qabriel Barbosa) əvəzləyə biləcək futbolçu gözləyirdim".
Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub. Ramon Motta karyerası ərzində 2013/2014 mövsümündə icarə əsasında Türkiyənin "Beşiktaş" klubunun da formasını geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 08 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















