Icma.az
close
up
RU
“Flamenqo”nun Juninyo planı ifşa olundu, “Qarabağ” qəzəbləndi futbolçu hardadı?

“Flamenqo”nun Juninyo planı ifşa olundu, “Qarabağ” qəzəbləndi futbolçu hardadı?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, Juninyo “Sevilya”da oynamaq ehtimalının üzərindən xətt çəkdi. Demək olar ki, bütün detalların razılaşdırıldığı anda La Liqa təmsilçisinə “yox” deyən futbolçu karyerasını Braziliya “Flamenqo”sunda davam etdirmək eşqinə düşdü.

İndi açıq suallar çoxdu ki, bunlardan birinə aydınlıq gətirmişik. Juninyonun vətənindən gələn təklifə isti baxmasının əsas səbəbləri daha çox maaş və forma şansı qazanmaqdı. Yəni futbolçunun qərarına təsir edən ən ciddi məqam puldu.
“Football-plus.az” xəbər verir ki, hər şey bununla yekunlaşmır. Dəqiq desək, “Globo” “Flamenqo”nun baş məşqçisi Felipe Luisin həftəsonu Juninyoya zəng etdiyini və “Sevilya” sevdasında vaz keçirə bildiyini yazıb.
Braziliya nəşrinin iddiasına görə, klubun planı yanvarın 10-da Juninyo ilə üçillik müqavilə imzalamaq və ABŞ-də baş tutacaq təlim-məşq toplanışında iştirakını təmin etməkdi. Adı çəkilən media orqanı Juninyonun məlum qərarının “Qarabağ”ı qəzəbləndirdiyini də bildirib. İddiaya inansaq, “Flamenqo” futbolçu üçün “köhlən atlar”a 5 milyon avro təzminat ödəmək istəyir. Ağdamlıların şərtləri isə daha sərtdi.
Bəs Juninyo hazırda hardadı? Onun “Qarabağ”a keçidində vasitəçi olan, agenti ilə əməkdaşlıq müqaviləsi olduğundan prosesdə iştirak edən menecer Tural Əsgərlinin saytımıza verdiyi məlumata görə, futbolçu hələ ki Bakıdadı. Daha doğrusu, bu saat 20.00-a olan məlumat idi. Sonra Juninyo “instaqram” hesabında qəribə video yaydı. Belə görünür ki, o, artıq vətəninə uçub.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Yanvar 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see246

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see239

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see237

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see234

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see178

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see156

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see151

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri