Flik “Barselona“nın ulduzlarının durumunu açıqladı: Bu tarixdə qayıdacaqlar
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
"Barselona"nın baş məşqçisi Hansi Flik komandanın zədəli futbolçularının durumuyla bağlı son məlumatları paylaşıb.
Moderator.az xəbər verir ki, almaniyalı mütəxəssis AS nəşrinə açıqlamasında yarımmüdafiəçi Pedri, hücumçu Rafinya və qapıçı Xuan Qarsiyanın vəziyyətinə aydınlıq gətirib:
“Məncə, Rafinya və Qarsiya böyük ehtimalla növbəti oyuna qədər komandaya qayıdacaq. Beynəlxalq fasilədən sonra isə bəlkə Pedrini də görə bilərik. Ümid edirik ki, yığmalarına gedən bütün oyunçular sağlam şəkildə geri dönəcəklər”.
“Barselona” növbəti matçını noyabrın 22-də La Liqa çərçivəsində “Atletik”ə qarşı keçirəcək.
İspaniya çempionatında 12 turdan sonra “Barselona” 28 xalla ikinci pillədə qərarlaşıb və lider “Real”dan 3 xal geri qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 10 Noyabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















