Flik “Barselona”nın yetirməsinin PSJ yə mümkün transferi ilə bağlı şərh verib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “bıauqrana”nın 18 yaşlı yetirməsi Pedro Fernandesin PSJ-yə mümkün transferi barədə danışıb.
İdman.Biz xəbər verir ki, daha əvvəl Fernandesin Kataloniya klubundan ayrılmaq qərarına gəldiyi və onun sərbəst qalma məbləğinin 6 milyon avro olduğu bildirilirdi.
“Cavab vermək istəmirəm, çünki məşqçi kimi oyunçuların inkişafına kömək etmək üçün çox enerji sərf edirəm. Pedro başqa kluba keçərsə, məndən soruşun, sizə deyərəm, amma indi yox.
Mənim fikrim hər kəsin qalmasıdır. Pedronun məsələsi hələ həll olunmayıb, amma bu, futboldur. 17 və ya 18 yaşlı oyunçular var, amma ətraflarında onları qərar verməyə məcbur edən insanlar var. Daha çox nəsə demək istəmirəm”, - deyə AS Flikdən sitat gətirir.
Pedro Fernandes “Barselona” akademiyasında yetişib və 2025-ci ildə böyüklər komandasına keçib. Bu mövsüm o, “blauqrana”da beş oyun keçirib və bir məhsuldar ötürmə edib.
Baxış sayı:66
Bu xəbər 18 Yanvar 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















