Icma.az
close
up
RU
Flikin “Barsa”dakı ilk mövsümü arxada qaldı

Flikin “Barsa”dakı ilk mövsümü arxada qaldı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Ötən il mayın 29-da “Barselona”nın “sükanı arxasına” keçən, klubla 2026-cı il iyunun 30-na qədər müqavilə bağlayan Hans-Diter Flikin ilk mövsümü arxada qaldı.

"Football-plus.az" xəbər verir ki, alman mütəxəssis işə başlayarkən komandanın qarşısına yeddi əsas vəzifə qoymuşdu. İndi bu vədlərin hər birini yerinə yetirdiyini demək olar.
İlk vəzifə oyun üslubu ilə bağlı idi. Flik həmin vaxt belə demişdi: “Kroyff ilə Qvardiolanın ideyalarından geri çəkilmək fikrində deyilik”. Nəticə: komanda yenidən tanış “Barselona” futbolu göstərməyə başlayıb – topla, oyunun axarına nəzarət etməklə, inadkarcasına. Flik debüt mövsümündə ölkədaxili trebl etməklə adını tarixə yazıb. Yeganə səhv Çempionlar Liqasının yarımfinalında “İnter” önündə büdrəmək idi.
İkinci hədəf – hücumla müdafiə arasında balans tapmaq. Komanda mövsümə möhtəşəm yüksək xətt və rəqiblərin rekord sayda ofsaydı ilə başladı. Hə, mövsümün sonuna yaxın bir qədər gerilədilər, ancaq ümumi mənzərə heyranlıq doğurdu.
Hücum? Mövsüm ərzində 174 qol – Avropada ən yaxşı, klub tarixində üçüncü nəticə. Gənclərə etibar etmək də vədlərdən biri idi və alman çalışdırıcı sözünü tutdu. Beş debütant və Lamin Yamalın yeni səviyyəsi.
Flik taktika ilə bağlı bəribaşdan xəbərdarlıq etmişdi: məndən müntəzəmlik gözləməyin. Nəticədə komanda yaradıcılıq axtarışına çıxdı, eksperimentlərə əl atdı, ardından sabit və effektli 4-2-3-1-in üzərində dayandı ki, bu da titullar gətirdi.
Almaniyalı çalışdırıcı qələbələr qazanmağı və fanatları sevindirməyi vəd etmişdi. Titullar? Var. Məmnunluq? “Real”ı mövsüm ərzində dörd dəfə darmadağın edən komandanın azarkeşləri məmnunluqdan başqa nə hiss edə bilər ki?!
Flik ağır zədədən sonra Qavini ehtiyatla meydana qaytardı, həmçini Frenki de Yonqun özünəinamını bərpa etdi. İndi klub niderlandlı yarımmüdafiəçi ilə müqavilə müddətini uzatmağı müzakirə edir.
Baxın, Flik bir ildə görün nələrə nail olub! Bu hələ başlanğıcdısa, “Barsa” azarkeşləri kəmərləri bərkitməlidi. Bəlkə də irəlidə onları böyük bir epoxa gözləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Avqust 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri