Flora Kərimova: “Niyə ağzınıza su alıb oturmusunuz?” VİDEO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xalq artisti Flora Kərimova uzun müddət sonra proqramda yer alıb.
Bizim.Media xəbər verir ki, “Qonaqcanlı” verilişi müğənni Samir Bağırovla birgə sənətkarın evinə gedib.
Kərimova çıxışından sonra S. Bağırovun səssiz qalmasına zarafatla münasibət bildirib:
“Hər insanı sənətkar edən, sənətkar adı ilə mükafatlandıran millətim olur. Dostlarıma deyirəm, yaşayın ki, sizdən enerji alım. Bir sualım var, oğlum, müəllim də tutdunuz, televiziyada dediniz ki, “Flora xanım kimi danışmaq istəyirəm”, niyə ağzınıza su alıb oturmusunuz?”
S. Bağırov isə Kərimovaya “Çünki bu veriliş sizə həsr olunub. Mən sürpriz kimi gəlmişəm. İstəyirəm siz danışasız”, - deyə, cavab verib.
Sara, Bizim.Media
Baxış sayı:40
Bu xəbər 02 Dekabr 2025 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















