Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verdi
Manset saytına istinadən Icma.az xəbər verir.
Xalq artisti Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verib.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətkarın vəkili Elcan Həsənli məlumat verib.
Vəkil bildirib ki, məhkəməyə müraciət etməkdə məqsəd Səhiyyə Nazirliyi tərəfindən Sevinc Heydərovaya verilən sertifikatın ləğv edilməsi tələbidir:
"2021-ci ildə Sevinc Heydərova plastik cərrahiyyə ixtisası üzrə sertifikasiyadan keçirilib və praktik fəaliyyətlə məşğul olmasına icazə verilib. Biz də həmin sənədin ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmişik".
Elcan Həsənli bildirib ki, həmin sənədi Sevinc Heydərovaya Səhiyyə Nazirliyi verib:
"Bizim bu məsələ ilə bağlı iki məhkəmə prosesimiz var. Onlardan biri hazırda davam edir. Həmin prosesdə tələbimiz vurulmuş ziyanla bağlıdır. İndiki iddia isə sırf Sevinc Heydərovaya verilən sertifikatın ləğv edilməsi ilə bağlıdır. Bu sənədi ona nazirlik verib və bu səbəbdən də nazirliyi məhkəməyə vermişik".
Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə gözlərinin üstünü estetik əməliyyat etdirib. Əməliyyatı plastik cərrah kimi tanınan həkim Sevinc Heydərova aparıb. Müğənni bildirib ki, əməliyyatdan sonra fəsadlarla qarşılaşıb, eyni zamanda, görmə qabiliyyəti tamamilə zəifləyib.
Fotoda Sevinc Heydərova
Baxış sayı:88
Bu xəbər 29 Noyabr 2024 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















