Icma.az
close
up
RU
Flora Kərimovanın doğum günüdür!

Flora Kərimovanın doğum günüdür!

Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyulun 23-ü Xalq artisti Flora Kərimovanın doğum günüdür.

OLAY yazır ki, Flora Kərimova 1941-ci ildə Bakı şəhərində anadan olub.

1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib.

Flora Kərimova 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Klassik Avropa operası (nümunə üçün “Qayınana” filmində “Dilbər”in ariyası), Milli Opera janrının, xalq və bəstəkar mahnılarının və klassik art-estrada (sovet estradası) janrlarının mahir ifaçısıdır.

O, doqquz dəfə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında "Leyli" rolunu oynayıb.

Flora Kərimova həm də Azərbaycan klassik art-estrada janrının banisi hesab olunur. Ona qədərki sənətkarlarımız - Rəşid Behbudov və Mirzə Babayev daha çox milli çalarlı estrada bəstəkar mahnıları ifa ediblər.

Bəstəkar Elza İbrahimova, xüsusi olaraq, Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib.

F.Kərimovanın repertuarında Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli, Mobil Babayev, Şəfiqə Axundova, Oqtay Kazımov, Elçin İmanov, Eldar Mansurov, İmruzə Hüseynova, Faiq Sücəddinov, Rauf Hacıyev, Fikrət Əmirov kimi tanınmış Azərbaycan bəstəkarlarının mahnıları başlıca yer tutur.

1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun" operasında çıxış edib.

Flora Kərimovanın özəlliyi həm də ondadır ki, o, səsi dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Həmçinin, o, nəinki 4-cü oktavada vokaliz edir, hətta bu yüksəklikdə oxuya da bilir. Ən qəribəsi budur ki, onun səsi bütövlüklə dörd oktavanı - yəni bütün notları əhatə edir, istər aşağı, istər zil, istər orta yüksəklikdə olan kontralto, mezzo-soprano, soprano, koloratur soprano və bundan əlavə, o, həmçinin, muğam da ifa edir.

Flora Kərimova əllidən çox film və tamaşada musiqi ifa edib, 1968-ci ildə "Qanun naminə", 1970-ci ildə "Toyda görüş", 1972-ci ildə "Həyat bizi sınayır", 1979-cu ildə "Yollar görüşəndə", 2002-ci ildə "Arşın mal alan", 2018-ci ildə "Qayınana" kimi filmlərdə rol alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://olay.az
archiveBu xəbər 23 İyul 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri