Flora Kərimovanın vəkili: Sertifikatın ləğvi ilə kifayətlənməyəcəyik
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəvər verdiyimiz kimi Azərbaycanda 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib. Onların arasında Xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan Sevinc Heydərova da var.
Bir müddət əvvəl xalq artisti Flora Kərimovanın vəkili Elcan Həsənli Sevinc Heydərova ilə bağlı Azərbaycanda və Türkiyədə istintaq başladıldığını bildirmişdi.
Modern.az mövzu ilə bağlı Elcan həsənli ilə əlaqə saxlayıb.
O bildirib ki, istintaq Azərbaycanda və Türkiyədə davam etdirilir:
“Mətbuatda belə xəbərlər yayılıb. Amma hələlik rəsmi bir açıqlama yoxdur. İstintaq davam edir, bu məsələnin sadəcə sertifikatın ləğvi ilə yekunlaşmasını gözləmirik. Burada qanunsuz əməl varsa, həm cinayət, həm inzibati, həm də mülki xarakterli məsuliyyət daşınmalıdır. Biz yalnız sertifikatın ləğvi ilə kifayətlənməyəcəyik”.
Qeyd edək ki, Sevinc Heydərova 2021-ci ildə Flora Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq Xalq artisti bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. Xalq artisti bundan sonra həkimi məhkəməyə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 06 Fevral 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















