Florian Virts Liverpul da nə qədər qazanacaq? Klubda üçüncü ən yüksək maaş
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bayer Leverkusen"dən ayrılan Florian Virts yeni klubu "Liverpul"da ən çox qazanan oyunçularından birinə çevriləcək.
İdman.biz xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bonuslar nəzərə alınmadan həftəlik 225 min avro qazanacaq.
Mümkün əlavələri nəzərə alsaq, məbləğ həftədə 285.000 avroya, illik gəlir isə 15 milyon avroya qədər arta bilər.
Müqaviləyə əsasən, komanda hədəflərinə çatdıqda oyunçuya veriləcək məbləğ ümumilikdə 116 milyon avro dəyərində qiymətləndirilir.
Qeyd edək ki, şərtlərin razılaşdırılmasına baxmayaraq, transfer hələ tamamlanmayıb. Futbolçu tibbi müayinədən keçməlidir. Tətildən qayıtdıqdan sonra Virtsin İngiltərəyə köçmək üçün hazırlıqlara başlayacağı gözlənilir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 15 İyun 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















