Florian Zenqstşmid: Azərbaycanın Çinin xaricə səyahət bazarında payı artır
Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çin bu gün dünyanın ən böyük xaricə səyahət bazarıdır və Azərbaycanın burada payı hər il daha da yüksəlir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında tətbiq olunan vizasız rejim turizm axınının genişlənməsinə mühüm təsir göstərib: "Azərbaycan və Çin arasında vizasız gediş-gəliş rejimi turist axınının artmasına böyük töhfə verib. Bu il ötən ilin eyni dövrü ilə müqayisədə artıq 50 faizlik artım müşahidə edirik".
F. Zenqstşmid bildirib ki, "China Visitors Summit" çərçivəsində Çinin 51 böyük tur operatoru Azərbaycana səfər edib: "Onlar təkcə paytaxtı və ölkəmizin turizm potensialını yaxından tanımır, həm də yerli turizm və qonaqpərvərlik şirkətləri ilə görüşlər keçirirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 17 Noyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















