Floridalı ustadan unikal pikap: Ramgler sosial mediada maraqla qarşılandı
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-də "Dodge", "Chrysler" və "Jeep" markalarının diler mərkəzində işləyən floridalı Şon Edvards "Ram 1500" və "Jeep Wrangler" modellərini birləşdirərək unikal pikap yaradıb.
Oxu.Az-ın verdiyi məlumata görə, o, bu qeyri-adi layihənin fotolarını sosial şəbəkədə paylaşıb.
Layihə avtomobil həvəskarları arasında böyük maraq doğurub. Bəziləri, hətta yeni avtomobili zarafatla "Ramgler" adlandırıblar.
Layihəyə əsasən, cari nəsil "Wrangler"dən dəyirmi faralar və radiator barmaqlığı götürülüb. "Qril" quraşdırıldıqdan sonra onunla standart kapot arasında yaranan boşluğu usta LED lentlə örtüb.
Həmçinin "Ramgler" kənar istehsalçıdan yeni güc bamperini əldə edib.
Orijinal pikapın yük platforması qısaldılıb, nəticədə, çıxış bucağı yaxşılaşıb. Yolsuzluq imkanlarının artırılmasına, həmçinin 37 düymlük təkər diskləri, 5 santimetrlik asqı lifti və şnorkel (suda mühərrikin işini təmin edən buraxılış borusu) də xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 13 May 2025 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















