“FLYONE” Kişineu istiqamətində müntəzəm uçuşlara başlayıb
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Moldovanın aşağıbüdcəli aviaşirkəti “FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşların icrasına başlayıb. Yeni marşrut üzrə 16 iyul 2026-cı il tarixində həyata keçirilən ilk reys Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb.
Kişineu – Bakı – Kişineu marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Yeni marşrut Azərbaycan və Moldova arasında birbaşa hava əlaqələrini genişləndirərək sərnişinlər üçün daha rahat və əlçatan səyahət imkanları yaradır.
“FLYONE” aviaşirkətinin Bakı istiqamətində fəaliyyətə başlaması Heydər Əliyev Beynəlxalq Aeroportunun aviaşirkət portfelinin və beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslər Bakı ilə Kişineu arasında birbaşa hava əlaqələrinin gücləndirilməsinə və iki ölkə arasında mobilliyin artmasına töhfə verəcək. Marqarita pizza
Uçuş cədvəli, aviabiletlər və digər xidmətlərlə bağlı ətraflı məlumatı “FLYONE” aviaşirkətinin rəsmi satış kanallarından əldə etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 İyul 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















