Icma.az
close
up
RU
Fobiyalar haqqında nə bilirik? Psixoloq açıqladı

Fobiyalar haqqında nə bilirik? Psixoloq açıqladı

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Fobiya sözü yunan dilindən tərcümədə qorxu, həyəcan mənası verir. Bəzən qorxu hissi ilə fobiyanı qarışdırırlar. Qorxu öhdəsindən gəlmək mümkün olan təcrübə əsasında qazanılmış bir hissdir, fobiya isə aradan qaldırılması qeyri-mümkün dərəcədə çətin olan güclü qorxu hissidir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Onun sözlərinə görə, son vaxtlar çox tez-tez eşidilən müxtəlif terminlərin tərkib hissəsinə çevrilmiş fobiyanın mahiyyəti nədən ibarətdir?

Amoksafobiya ictimai nəqliyyatdan istifadə etməkdən çəkinənlərin əziyyət çəkdiyi fobiya növüdür. Onlar nə qədər çıxılmaz vəziyyətdə qalsalar da, qorxularına qalib gəlib avtobus və metroya minməzlər.

Zoofobiya ən çox yayılmış qorxular sırasındadır. Bəlkə də fobiyalar arasında məntiqi izahı olan yeganə qorxu növüdür. Zoofobiyadan əziyyət çəkənlər ilan, it, hörümçək, ümumiyyətlə, heyvanlardan çəkinirlər. İtlər insanların ən sadiq və yaxın dostu olsa da, onlardan qorxanlar da az deyil. Həmin qorxuya kinefobiya deyilir. Əslində, insanlar bu heyvanların hər an onları dişləyə biləcəyi haqqında təcrübə sahibi olduqlarına görə çəkinirlər.

Psixoloq onu da qeyd edib ki, uçuşlara qarşı qorxu aerofobiya adlanır. Təyyarəyə minməkdən qorxanlar iki saatlıq uçuşla mənzil başına çata biləcəkləri halda, iki gün yerüstü nəqliyyatla getməyi üstün tuturlar. Həmin fobiyadan əziyyət çəkənlər öz aralarında iki qrupa bölünürlər: aviaqəzadan qorxanlar və qapalı nəqliyyat vasitəsindən qorxduğu üçün həmin nəqliyyat vasitəsindən imtina edənlər: “Diş həkimlərinə qarşı olan qorxu dentafobiya adlanır. Dünya əhalisinin 46 faizi həmin fobiyadan əziyyət çəkir. Həkim kabinetinin qoxusundan hədsiz narahatlıq duyanların əsas problemi ağrı hissini şişirdərək olduğundan daha kəskin surətdə hiss edəcəyinə özünü inandırmalarıdır.

Brantofobiya şimşək və ildırıma qarşı olan şiddətli qorxudur. Həmin qorxunun səbəbləri hələ də müəyyən olunmayıb. Əsasən uşaqlar arasında geniş yayılan qaranlığa qarşı qorxu hissi niktofobiya adlanır.

Akofobiya hündürlük qorxusudur, insanların çox böyük əksəriyyəti hədsiz yüksəklikdən qorxur, lakin daha çox başgicəllənməsi ilə müşayiət olunan həmin qorxuya qadınlarda daha çox rast gəlinir. Onun öhdəsindən gəlmək üçün yüksəklikdən aşağı baxmamaq məsləhət görülür.

Hazırda 500-dən çox fobiya növünün mövcudluğu sübut olunub. Araşdırmalar göstərir ki, dünyada hər 8 nəfərdən biri hansısa fobiya növündən əziyyət çəkir. Fobiya yaranmasının əsas səbəbləri hələ tapılmasa da, onun öhdəsindən gəlməyin ən səmərəli üsulu üzləşdirmə müalicəsidir. Həmin üsulla qorxu yaradan bəzi vəziyyət və ya obyektin üzərinə gedərək ortaya çıxan narahatlıqla mübarizə aparmaq mümkündür”, - deyə psixoloq Yeganə Əsgərova fikrinə yekun vurub.

Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 May 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri