Fofana meydan qovuldu, Çelsi nin antirekordu yeniləndi
Qol.az saytına istinadən Icma.az xəbər verir.
"Çelsi" İngiltərə Premyer Liqasının 27-ci turunda "Bernli" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
QOL.az xəbər verir ki, London təmsilçisi matçdan sonra bir neçə mənfi statistik göstərici ilə gündəmə gəlib. Klub qələbəni oyunun son saniyələrində əldən verməklə yanaşı, intizamsızlıq rekordu ilə də yadda qalıb.
Belə ki, Uesli Fofananın matçda aldığı qırmızı vərəqə komandanın bu mövsüm Premyer Liqadakı 6-cı kənarlaşdırılması olub. Bununla da London klubu özünə məxsus olan 2007/08 mövsümündəki antirekordu təkrarlayıb.
Bundan başqa, cari mövsümdə "Çelsi"nin futbolçuları bütün turnirlərdə (Klublararası dünya çempionatı istisna olmaqla) 8 dəfə meydandan qovulublar. Bu, İngiltərə klubları arasında son 10 ilin (2015/16 mövsümündən bəri) ən yüksək göstəricisidir. Xatırladaq ki, 2015/16 mövsümündə "Vest Hem" 9 qırmızı vərəqə ilə yadda qalıb.
Qeyd edək, "Çelsi" cari mövsümdə doğma meydanda hesabda öndə olduğu oyunlarda ümumilikdə 17 xal itirib. Klub tarixində bundan daha pis göstərici yalnız 1995/96 mövsümündə (20 xal) qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 Fevral 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















