Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Folklor İnstitutunda elmi seminar: Hənəfi Zeynallı irsi və Kürdəmir toyları

Folklor İnstitutunda elmi seminar: Hənəfi Zeynallı irsi və Kürdəmir toyları

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 22 iyun, AZƏRTAC

AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində növbəti elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbənin elmi işçisi Xəzəngül Məmmədovanın “1920-1930-cu illər Azərbaycan folklorşünaslığında mərasim folklorunun tədqiqi” mövzusunda məruzə edib. O bildirib ki, Hənəfi Zeynallı folklorşünaslıq tarixində ilk dəfə olaraq Azərbaycanda xalq ədəbiyyatının çap olunma və öyrənilmə məsələlərini sistemləşdirməyə çalışıb. Onun məqalə və kitablarının bir çoxunda mərasim folkloru ilə bağlı bir sıra məsələlərə toxunulub. Hənəfi Zeynallı mərasim folkloruna, onun janrlarına xüsusi önəm verirdi və mərasimləri folklorşünaslığın vacib meyarlarından biri hesab edirdi.

Daha sonra şöbənin elmi işçisi Akifə Xəlilovanın “Kürdəmirdə toy mərasimlərinin lokal xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib. Tədqiqatçı toy mərasimlərinin Azərbaycan xalq mədəniyyətinin ən zəngin və çoxqatlı sahələrindən biri olmaqla, hər bir bölgənin tarixi, etnik tərkibi, sosial münasibətləri və mədəni yaddaşı ilə sıx bağlı şəkildə formalaşdığını söyləyib. Tədqiqatçı Kürdəmirdə toy məclislərində musiqi və rəqsin mühüm yer tutduğunu, milli musiqi alətlərinin müşayiəti ilə ifa olunan xalq mahnıları və yallıya bənzər kollektiv rəqslərin mərasimin ayrılmaz hissəsini təşkil etdiyini bildirib. Onun fikrinə görə, toylarda tamada çıxışları, xeyir-dualar, aşıq yaradıcılığı elementləri və məzəli folklor nümunələri sosial ünsiyyətin möhkəmlənməsinə xidmət edir. Müasir dövrdə urbanizasiya, medianın təsiri və qloballaşma nəticəsində Kürdəmir toylarında müəyyən dəyişikliklər müşahidə olunsa da, bölgəyə məxsus bir çox lokal xüsusiyyətlər hələ də qorunmaqdadır. Xüsusilə yaşlı nəslin yaddaşında yaşayan mərasim detalları və folklor nümunələri milli-mədəni irsin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Bu baxımdan Kürdəmir toy mərasimlərinin tədqiqi yalnız regional folklorun deyil, bütövlükdə Azərbaycan mərasim mədəniyyətinin inkişaf dinamikasının öyrənilməsi üçün də dəyərli elmi material təqdim edir.

Elmi seminar müzakirələrlə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 İyun 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see336

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see281

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see279

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see277

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see273

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see267

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see259

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see257

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see246

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see242

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see239

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see235

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see222

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see219

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see217

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see211

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see210

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri