Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynanın yeni Baş naziri Sergey Koretski ilə telefon danışığı zamanı ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyası prosesini müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri "X" sosial şəbəkəsində yazıb.
"Biz Ukraynanın Aİ-yə daxil olması prosesinin irəliləməsinə təkan verən islahatlar üzrə bundan sonra da sıx əməkdaşlıq edəcəyik. Pilotsuz uçuş aparatları ilə bağlı sazişimiz Ukrayna üçün ən innovativ müdafiə avadanlıqlarının operativ və genişmiqyaslı istehsalı məqsədilə Aİ-nin sənaye potensialından istifadə etməyə imkan verəcək", - o qeyd edib.
Ursula fon der Leyen vurğulayıb ki, Koretski ilə qışa hazırlıq məsələlərini və Ukraynanın kritik enerji infrastrukturunun vəziyyətini müzakirə edib.
"Enerji sektorunun idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətiniz də daxil olmaqla tam dəstəyimizə arxalana bilərsiniz".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:298
Bu xəbər 20 İyul 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















