Icma.az
close
up
RU
Fon der Leyenə qarşı iddialar rəsmiləşir...

Fon der Leyenə qarşı iddialar rəsmiləşir...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AK rəhbəri 35 milyard avroluq korrupsiyada ittiham olunur

Polşa və Macarıstan hökumətləri, ictimai təşkilatlar və fiziki şəxslər iddiaçıdırlar

Qlobal COVİD-19 pandemiyası dövründə “vaksin korrupsiyası”na yol verdiyi söylənilən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə qarşı ittihamlar get-gedə ciddiləşir. Aİ rəhbərinin korrupsiya əməli törətməsi ilə bağlı min fiziki və hüquqi şəxs tərəfindən məhkəmə iddiası qaldırılıb. İddiaçılar onun 35 milyard avrodan çox dəyərində sınaqdan keçirilməmiş COVID-19 vaksinlərinin alınmasında korrupsiyaya yol verdiyini bildirirlər. İddianın təşəbbüskarı, belçikalı lobbiçi Frederik Baldandır. Bundan başqa, Polşa və Macarıstan hökumətləri, ictimai təşkilatlar (məsələn, həkimlərin və stüardessaların peşəkar birlikləri) və fiziki şəxslər də iddiaçılar arasında yer alır. Məhkəmə prosesində Avropa hakimiyyətinin Avropa bazarına təhlükəsiz və effektiv hesab edilən, lakin əslində heç biri olmayan məhsulu çıxartmaqla ictimaiyyəti aldatdığının aydın olacağı bildirilir.

Belçika prokurorluğu məlumat yaymışdı...

Xatırladaq ki, bir müddət öncə Avropa İttifaqı Prokurorluğunun (EPPO) Belçika prokurorluğunun Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə qarşı Amerikanın Pfizer şirkətindən koronavirus peyvəndi alması ilə bağlı cinayət işini ələ keçirdiyi ilə bağlı xəbər yayılmışdı. Məşhur nəşrlərdən birinin yaydığı məlumatda Belçikanın hüquq-mühafizə orqanlarının əməkdaşına istinadən deyilirdi ki, 2023-cü ilin aprelində Belçika konsaltinq şirkətlərindən birinin əməkdaşı Frederik Baldan (rəsmi iddianı qaldıran şəxs) Lyej şəhərinin birinci instansiya məhkəməsində fon der Leyenə qarşı iddia qaldırmışdı - iddiaçı qeyd edirdi ki, Avropa Komissiyasının rəhbərinin hərəkətləri Belçikanın maliyyə maraqlarına zərbə vurub və “ictimai etimadı” sarsıdıb. Sonradan isə bu işlə bağlı heç bir ittiham irəli sürülməmişdi.

3 il öncə “The New York Times” yazmışdı...

Fon der Leyenin “Pfizer” şirkəti ilə bağladığı “müqaviləyə gəldikdə” isə, bu haqda xəbəri hələ 2021-ci ilin payızında Amerika nəşri “The New York Times” yazmışdı. Nəşr Avropa Komissiyasının rəhbəri ilə Amerikanın Pfizer şirkətinin baş direktoru Albert Bourla yazışmalarını üzə çıxarmışdı - bildirilirdi ki, bu yazışma peyvənd alınması ilə bağlı tarixin ən bahalı müqaviləsi bağlanmazdan əvvəl həyata keçirilib. Qeyd olunmuşdu ki, müqavilənin dəyəri 35 milyard avroya çata bilər. AK rəhbəri isə danışıqlar prosesinə “birbaşa təsir” etməkdə şübhəli bilinirdi - çünki alınmış peyvəndlərin sayı ehtiyacları xeyli üstələyirdi. Aİ-nin peyvənd ehtiyacları 1,8 milyard doza təşkil etdiyi halda, bu qədər “geniş müqavilə”nin imzalanmasının məntiqi açıqlaması yox idi. 2023-cü ilin yanvarında isə qəzet fon der Leyeni “Pfizer” rəhbəri ilə yazışmalarını dərc etməkdən imtina etdiyinə görə məhkəməyə vermişdi. Daha sonra AK rəhbərinin müavini Vera Jourova məsələni fərqli şəkildə “izah etdi”: mesajlar “qısamüddətli, efemer xarakterinə” görə silinə bilərmiş.

Qeyd edək ki, həmin dövrdə Baldanın rəsmiləşməmiş iddiasına qoşulanlar da az olmamışdı. O dövrdə də Macarıstan və Polşa hökumətləri fon der Leyendən “hesab soran”ların siyahısına əlavə edilmişdilər - sadəcə, avropapərəst Donald Tuskun Polşanın baş naziri olması ilə rəsmi Varşava şikayətini geri götürmək üçün yeni proses başlatdı.

Avropada korrupsiya “əks -sədası”...

Qeydə alınan bu ittiham isə Avropa İttifaqı təsisatlarına qarşı birinci iddia deyil. Ümumiyyətlə, özünü “demokratik təsisat” adlandıran təşkilatların fəaliyyət mexanizminin bəzi gizlinləri artıq üzə çıxır.  Özlərini bütövlükdə qlobal proseslərin “yönvericisi” kimi görən, “nizamlayıcı” statusu daşıdığını düşünən bu “təsisatlar”ın təmsilçiləri və rəhbərləri şəffaflıq, ədalət və düzgünlük “ideyası” haqda danışsalar da, real həyatda tamam əks əməli fəaliyyətləri ilə yadda qalırlar. Məsələn, bir müddət öncə haqqında korrupsiya və rüşvət qalmaqalı baş verən Avropa Parlamentinin rəsmisi Eva Kaili ilə bağlı prsoes, eləcə də, AP-nin digər üzvlərinin erməni milyarder Kaspar Karapetyan ilə qaranlıq əlaqələrinin üzə çıxması bu qurum daxilində “korrrupsiya böhranı”nın gündən-günə şiddətləndiyini göstərir. Bu mənada Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə qarşı cinayət işininin başlanması da təəccüblü deyil.

Erməni lobbisinə “sığınan”...

Fon der Leyenin korrupsiya əməlləri isə tək bu faktla yekunlaşmır - onun Karapetyan ilə gizli sövdələşmələri haqda bir sıra xarici media orqanları məlumatlar yayıblar. Bildirilib ki, Qərb təsisatı məhz Ermənistan üzərindən Karapetyan vasitəsilə çirkli pulların yuyulması əməliyyatını həyata keçirir. Hətta Ermənistan üzərindən məhz avropalı siyasətçinin aktiv iştirakı ilə köhnə silahların “utilizasiyası”nın həyata keçirlidiyi də bildirilirdi. Bir sıra siyasətçilərin fikrincə, fon der Leyenin “erməni sevgisi”nin də kökündə məhz bu amil dayanır.

Eyni zamanda, Avropa Parlamentinə son seçkilərdə yenidən sədr seçilməsi üçün erməni lobbisi ilə fəal iş aparan fon der Leyenin bu zaman da bəzi gizlin əlaqələrə girməsi ilə bağlı fikirlər səsləndirilib. Vurğulanıb ki, fon der Leyen 2024-cü ilin iyunun 6-9-da keçirilən seçkilərdə erməni lobbisinin “gücünə arxalanıb”. Uzun illərdir ki, Avropa strukturlarını “maliyyələşdirən”, onları maddi şəkildə stimullaşdıran Kaspar Karapetyanın əli ilə erməni lobbisinin oyuncağı olan deputatların səsini alan fon der Leyen bunun üçün Ermənistanla təmsil etdiyi qurum arasında “münasibətləri” istiləşdirir...

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2024 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see436

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see383

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see357

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see257

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see226

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see202

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see200

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see197

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see194

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see191

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see181

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see175

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see174

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see171

Qurbanov: “Buna çox sevinirəm”

17 İyul 2026 02:00see170

“Torpedo” “Zirə”: heyətlər

16 İyul 2026 19:00see169

ÇSKA ilə oyunlara daha yaxşı hazırlaşmalıyıq, çünki komandada hələ də müəyyən çatışmazlıqlar var Qurban Qurbanov

17 İyul 2026 02:42see168

Küveyt səmasında 32 İran dronu vurulub

17 İyul 2026 02:49see165

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see155

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri