Icma.az
close
up
RU
Fon der Lyayen: Avropadakı dron insidentləri hibrid müharibənin tərkib hissəsidir

Fon der Lyayen: Avropadakı dron insidentləri hibrid müharibənin tərkib hissəsidir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Avropanın hava məkanında pilotsuz uçuş aparatlarının (dronların) peyda olması, Avropa İttifaqı rəhbərliyinə görə, artıq təsadüfi insident deyil, hibrid müharibənin bir hissəsidir.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı danışıb.

“Səmamız təhlükəsiz deyil. Orada yeni və təhlükəli bir şey baş verir… Yanılmayaq — bu, təhlükələrin artdığı narahatedici tendensiyanın bir hissəsidir,” — deyə Fon der Lyayen bildirib.

Avropa İttifaqı rəhbərliyi, xüsusilə də Avropa Komissiyası, Rusiya ilə mümkün toqquşma ehtimalına qarşı NATO-nun şərq cinahında hücum dronlarının yerləşdirilməsində israrlıdır. Avropa Komissiyasının müdafiə məsələləri üzrə nümayəndəsi Andryus Kubilyus bəyan edib ki, bu addım, Rusiyanın mümkün “təcavüzü” halında qabaqlayıcı tədbir kimi atılılır.

Avropa Komissiyası 10 sentyabr tarixində Aİ-nin şərq sərhədində “Dron Divarı” adlı yeni təhlükəsizlik təşəbbüsünü elan edib. Bu, xüsusilə Polşanın hava məkanının pozulması ilə bağlı iddialardan sonra gündəmə gəlib. Hadisənin 10 sentyabr gecəsi baş verdiyi bildirilir.

Bu təşəbbüs Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin birgə layihəsidir. Məqsəd – Rusiya ilə sərhəd boyunca, o cümlədən Ukrayna ərazilərində yerləşdirilmək üçün müşahidə və avtomatlaşdırılmış müdafiə sistemlərindən ibarət çoxfunksiyalı müdafiə şəbəkəsi yaratmaqdır.

Latviyanın Baş naziri Evika Siliņa bildirib ki, layihənin tam reallaşdırılması təqribən 1 – 1,5 il çəkə bilər. Hazırda layihə inkişaf və texnologiya seçimi mərhələsindədir.

Bununla belə, layihəyə skeptik yanaşmalar da mövcuddur. Məsələn, Polşa rəsmiləri, bu sistemin potensial təhdidlər qarşısında tam yetərli olmadığını vurğulayıblar.

Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Oktyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see209

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see206

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see186

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see176

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see159

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see153

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see132

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri