Fon der Lyayen: Dəniz xidmətlərinə qadağa Rusiyanı daha da təcrid edəcək
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Rusiyanı daha da təcrid edə və qazıntı yanacağından əldə etdiyi gəlirləri azalda biləcək dəniz xidmətlərinə tam qadağa təklif edib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, o, bu barədə Lindsi Qremin də daxil olduğu ABŞ senatorlarından ibarət ikipartiyalı nümayəndə heyəti ilə görüşdən sonra "X" sosial şəbəkəsində yazıb.
"İndi Rusiya üçün müharibə xərclərini ən yüksək səviyyəyə qaldırmağın vaxtıdır ki, (ölkə rəhbərliyini - red.) səmimi niyyətlə danışıqlar masasına oturmağa məcbur edək", - o vurğulayıb.
Fon der Lyayen qeyd edib ki, sanksiyalar koordinasiya olunduqda daha yaxşı işləyir. Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketi enerji, maliyyə xidmətləri və ticarət sahəsində təzyiqi daha da artıracaq:
"Biz dəniz xidmətlərinə tam qadağa təklif edirik ki, bu da Rusiyanı daha da təcrid edə və onun qazıntı yanacağından əldə etdiyi gəlirləri azalda bilər, xüsusilə bu, G7 ("Böyük Yeddilik") və ABŞ ilə sıx koordinasiya olunduğu halda mümkündür".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Fevral 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















