Fon der Lyayen iki avrokomissara İspaniyaya yardım göstərmək tapşırığı verib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Mərakeşdən gələn qanunsuz miqrantlarla bağlı vəziyyətlə əlaqədar iki avrokomissara İspaniyaya dəstək göstərməyi tapşırmışam.
XQ xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Seutada baş verənlər qəbuledilməzdir. Təhlükəli sərhəd keçidlərinə dərhal son qoymaq lazımdır. Qaçaqmalçı şəbəkələri ləğv edilməlidir. Miqrantların geri qaytarılması isə qaydalarımıza uyğun olaraq, operativ şəkildə həyata keçirilməlidir", - Avropa Komissiyasının rəhbəri qeyd edib.
Ursula Fon der Lyayen qeyd edib ki, Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner artıq İspaniya ilə sıx əməkdaşlıq edir və kritik nöqtələrə getməyə hazırdır: "Eyni zamanda, o, "Frontex" vasitəsilə də İspaniyaya əlavə operativ dəstəyin göstərilməsi üzərində işləyəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 31 İyul 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















