Fon der Lyayen və Madyar Macarıstan üçün 17 milyard avronun blokadadan çıxarılması ilə bağlı danışıqlar aparacaq
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Macarıstanın gələcək Baş naziri Peter Madyar aprelin 29-da Avropa İttifaqının dondurulmuş 17 milyard avro vəsaitinin blokdan çıxarılması üçün Budapeştin həyata keçirməsi zəruri olan islahatları müzakirə edəcəklər.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" Avropa Komissiyasına istinadən məlumat yayıb.
Agentlik bildirir ki, bu vəsaitin bir hissəsi, xüsusilə pandemiyadan sonrakı Bərpa Fondundan ayrılmış 11 milyard avro avqustun ortalarına qədər istifadə olunmalıdır, əks halda bu imkan birdəfəlik itiriləcək.
Danışıqlar vəsaitin blokdan çıxarılması üzrə tədbirlərlə bağlı olacaq, lakin digər məsələləri - məsələn, Macarıstanın "Erasmus" tələbə mübadiləsi proqramına qayıdışını da əhatə edə bilər. Ölkənin proqramda iştirakı akademik azadlıqla bağlı narahatlıqlar səbəbindən 2023-cü ilin əvvəlindən dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Aprel 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















