Icma.az
close
up
RU
Fon der Lyayen və Makron arasında GİZLİ MESAJLAR araşdırılır

Fon der Lyayen və Makron arasında GİZLİ MESAJLAR araşdırılır

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Avropa ombudsmanı Fransa Prezidenti Emmanuel Makronun keçən il Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə göndərdiyi mətn mesajı ilə bağlı araşdırmaya başlayıb.

Oxu.Az xəbər verir ki, ombudsmanın ofisi məsələ ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, həmin mesajda Makron Avropa İttifaqı ilə MERCOSUR (Argentina, Braziliya, Uruqvay, Paraqvay, Boliviya və Venesuelanı birləşdirən Cənubi Amerika ölkələrinin ümumi bazarı) arasında nəzərdə tutulan ticarət sazişinin bloklanmasını xahiş edib.

"Avropa ombudsmanı Tereza Anjinyo komissiya sədrinin MERCOSUR ilə ticarət danışıqları barədə Fransa prezidentindən aldığı mətn mesajına dair sənədlərə çıxış tələbinə Avropa Komissiyasının cavabını araşdırmaq qərarına gəlib".

Xatırladaq ki, 2024-cü ilin yanvarında "Politico" nəşri Makronun fon der Lyayenə şəxsi qaydada SMS yazaraq Fransa hökumətinin qəti şəkildə qarşı çıxdığı Aİ-MERCOSUR sazişini pozmağa çalışdığını bildirmişdi. O dövrdə Fransa fermerləri kütləvi etiraz aksiyaları keçirirdilər. Buna baxmayaraq, saziş həmin ilin dekabrında imzalanıb.

Sentyabrın 24-də Macarıstandan Avropa Parlamenti deputatı Kinqa Qal "X" sosial şəbəkəsində yazıb ki, bu mesajlar da fon der Lyayenin "Pfizer" peyvənd qalmaqalı zamanı yoxa çıxan yazışmaları kimi itib. O, Aİ qurumlarında şəffaflığın təmin edilməsini, gizli danışıqlara və yox olan mesajların istifadəsinə son qoyulmasını tələb edib.

Bundan əvvəl "Follow the Money" portalının jurnalisti Aleksander Fanta sözügedən mesaja çıxış istəsə də, Avropa Komissiyası cavabında bildirmişdi ki, mesajı müəyyən etmək mümkün olmayıb, çünki fon der Lyayenin telefonunda "Signal" tətbiqinin "yox olan mesajlar" funksiyası aktiv olub. Komissiya əlavə edib ki, mesaj qeydə alınmayıb, çünki o, Fransanın əvvəldən məlum mövqeyini təkrar edib.

Qeyd edək ki, fon der Lyayenin mətn yazışmaları ilk dəfə deyil ki, qalmaqala səbəb olur. May ayında Aİ məhkəməsi Avropa Komissiyasının COVID-19 pandemiyasının ən gərgin vaxtında fon der Lyayenin "Pfizer"in baş direktoru Albert Burla ilə mesajlarına çıxışı rədd etməsini qanunsuz sayıb. Həmin yazışmaların da "itirildiyi" açıqlanmışdı.

Avropa ombudsmanı Tereza Anjinyo komissiyadan oktyabrın ortalarınadək məsələ ilə bağlı iclas keçirmək, həmçinin Makronun mesajı üzrə görülən tədbirləri əks etdirən sənədləri ən geci oktyabrın 1-dək təqdim etmək tələbini irəli sürüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri