Icma.az
close
up
RU
Fond bölgələrdəki mütəxəssisləri sərfəli şərtlərlə əməkdaşlığa dəvət edir

Fond bölgələrdəki mütəxəssisləri sərfəli şərtlərlə əməkdaşlığa dəvət edir

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin daha bir istiqaməti olan aqrar sığorta mexanizminin əhatə dairəsi genişlənməkdə, bu sistemdən faydalanan fermerlərin sayı çoxalmaqdadır. SİA xəbər verir ki, hazırda 50% dövlət dəstəyi ilə təklif olunan aqrar sığorta xidmətində əsas yeri tutan aqrar sığorta ekspertlərinə tələbat da sürətlə artır. Bu tələbatı qarşılamaq məqsədilə Aqrar Sığorta Fondu tərəfindən davamlı şəkildə ekspert təlimləri həyata keçirilir.

Qeyd edək ki, müstəqil aqrar sığorta ekspertləri aqrar sığorta sistemində mühüm rola malikdirlər. Təsərrüfatlara sığortadan əvvəlki baxışın keçirilməsi, fermerlərlə müqavilə bağlanması və hadisə baş verdiyi halda zərər ödənişlərinin hesablanması məhz aqrar sığorta ekspertlərinin rəyi əsasında həyata keçirilir.

Aqrar sığorta eksperti fəaliyyəti ödənişli xidmətdir, Aqrar Sığorta Fondu ilə ekspertlər arasında imzalanan xidməti müqaviləyə əsasən, yerinə yetirilən işlər müqabilində ekspertlərə xidmət haqqı ödənilir.

Aqrar sığorta ekspertlərinin xidmət haqları fəaliyyət növündən, müqavilə və ya heyvan sayından, ərazinin sahəsindən asılı olaraq dəyişir.

Belə ki, bitkiçilik sığortasında risk dəyərləndirməsi zamanı 1 müqavilə üzrə ekspertin xidmət haqqı 42 manat, zərər dəyərləndirməsi zamanı bir müqavilə üzrə 67,2 manat olaraq hesablanır.

Heyvandarlıq məhsullarının sığortasında risk dəyərləndirməsi zamanı müstəqil ekpertin xidmət haqqı heyvan sayına əsasən dəyişir. Belə ki, heyvan sayı 25 başa qədər olanda baza məbləği 21 manat, 26 başdan 100-ə qədər olduqda 60 manat, 101 başdan çox olduqda 115 manat götürülür.

Məsələn, 25 baş heyvana baxış üçün ödəniləcək ümumi məbləğ 71 manat, 100 başa görə 140 manat təşkil edir və sair.

Heyvandarlıq sığortasında zərər dəyərləndirilməsi zamanı isə 1 baş heyvana görə ekspertə ödənilən xidmət haqqı 33 manat nəzərdə tutulur.

Bayram və istirahət günlərində, eləcə də Qarabağ bölgəsində fəaliyyət zamanı müstəqil ekspertlərə ödənilən xidmət haqqı artımla hesablanır. Bundan əlavə, aqrar sığorta ekspertlərinə xidmət məntəqəsinə çatmaq üçün yol pulu və ezamiyyə xərci ödənilir.

Nəticədə müstəqil aqrar sığorta ekspertlərinin gündəlik gəlirləri bir neçə yüz manata çatır. Aktiv fəaliyyət göstərən müstəqil aqrar sığorta ekspertlərinin orta aylıq gəliri 1000-1500 manatdan başlayır, ekspertin peşəkarlığından və aktivliyindən asılı olaraq bu məbləğ bir neçə min manata qədər arta bilir.

Aqrar sığortanın əhatəsi və sığortalanmış təsərrüfat sayı artdıqca, eləcə də qlobal iqlim dəyişiklikləri nəticəsində təbiət hadisələri və onların təsərrüfatlara zərərləri artdıqca müstəqil aqrar sığorta eksperti fəaliyyətinə tələbat da artır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 oktyabr 2022-ci il tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən müstəqil aqrar sığorta eksperti fəaliyyəti ilə peşə, orta ixtisas, ali təhsilin bakalavriat və magistratura mərhələləri üzrə 70-dən artıq ixtisasdan məzun olmuş şəxslər məşğul ola bilirlər.

Sözügedən ixtisasların siyahısı ilə buradan tanış olmaq mümkündür.

Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak edən və Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahandan keçən namizədlər 5 il müddətinə bitkiçilik, heyvandarlıq və akvakultura sahəsi üzrə sertifikat əldə edirlər və müstəqil aqrar sığorta eksperti kimi fəaliyyət hüququ qazanırlar.

Hazırda Aqrar Sığorta Fondu tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərə qeydiyyat davam edir.

Təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədləri 2024-cü ilin dekabrın 11-dən 2025-ci il fevralın 3-nə qədər qəbul ediləcək, təlimlər 2025-ci il 10-16 fevral tarixlərində keçiriləcək.

Təlimlər Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında təşkil ediləcək.

Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi (və ya 055 500 84 23 nömrəsi) ilə əlaqə saxlamaq, məlumatları [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.

Təlimlərlə maraqlanan şəxslərə ilkin qeydiyyat üçün linkə daxil olaraq müraciət anketində göstərilən suallar cavablandırmaq tövsiyə olunur: https://forms.gle/TXkaAYv6Zr1oPKCHA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Yanvar 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri