Fonseka Milandan göndərildi: Yeni baş məşqçi ilə müqavilə imzalanacaq
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliyanın "Milan" klubunun baş məşqçisi Paulu Fonseka istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky Italia" nəşri məlumat yayıb.
"Bəli, doğrudur, mən "Milan"ı tərk etdim. Bu, həyatdır, amma vicdanım təmizdir, çünki əlimdən gələni etmişəm", - deyə Paulu Fonseka vurğulayıb.
Artıq klubun yeni baş məşqçi olmağa ən real namizədin adı da açıqlanıb.
Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
O qeyd edib ki, yaxın saatlarda "Portu"nun sabiq baş məşqçisi Serxiu Konseysau "Milan"la müqaviləyə imza atacaq. 50 yaşlı portuqaliyalı mütəxəssislə 2026-cı ilə qədər "Milan"ın uğurları üçün çalışacaq.
Məlumat üçün əlavə edək ki, "Milan" İtaliya A Seriyasında 27 xalla səkkizinci pillədə qərarlaşıb. "Rossoneri"lər lider "Atalanta"dan 14 xal geridədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 30 Dekabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















