“Forbes” Rusiya milyarderlərinin reytinqini açıqladı Vahid Ələkbərov üçüncüdür
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Severstal” şirkətinin əsas səhmdarı Aleksey Mordaşov Rusiya milyarderləri reytinqində birinci yeri tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Forbes” jurnalının saytında dərc edilib.
Jurnalın məlumatına görə, Mordaşov 2026-cı il üçün Rusiyanın 155 milyarderi arasında böyük fərqlə birinci olub. Onun sərvəti 37 milyard dollar qiymətləndirilir.
İkinci yerdə “Interros” şirkətinin baş direktoru və “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin qərarlaşıb. Onun sərvəti 29,7 milyard dollar qiymətləndirilir.
Üçüncü yerdə “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov qərarlaşıb. Onun sərvəti 29,5 milyard dollara yüksəlib.
Rusiya milyarderlərinin ilk beşliyinə həmçinin “Novatek” şirkətinin baş direktoru Leonid Mixelson və ailəsi (28,3 milyard dollar), Süleyman Kərimov və ailəsi (25,7 milyard dollar) daxil olub.
“Forbes” jurnalının məlumatına görə, rusiyalı milyarderlərin ümumi sərvəti rekord həddə - 696,5 milyard dollara çatıb.
Bu mövzuda digər xəbərlər:Vahid Ələkbərov rusiyalılar arasında Forbes reytinqində 1 ci oldu
28 Sentyabr 2026 12:48
Yusuf Ələkbərov Forbes siyahısında birincidir: 28,7 milyard dollar...
23 May 2025 11:57
Vahid Ələkbərov Qarabağda Foto
24 Aprel 2026 13:23
Vahid Ələkbərov rəsmilərlə Füzulidə
24 Aprel 2026 15:07
Hökumə üçüncüdür...
29 Dekabr 2024 18:12
Baxış sayı:226
Bu xəbər 23 Aprel 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















