“Ford” bəzi modellərin Çinə çatdırılmasını dayandırıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-n avtomobil istehsalçısı “Ford” Vaşinqton və Pekin arasında gedən ticarət müharibəsi səbəbilə bəzi modellərinin Çinə tədarükünü müvəqqəti olaraq dayandırıb.
APA xəbər verir ki, bu haqda “The Wall Street Journal” mənbələrə istinadən məlumat verib.
Məlumata görə “Ford” bu həftə “F-150 Raptor” pikapları, “Mustang” idman kupeləri və “Bronco” yolsuzluq avtomobillərinin tədarükünü dayandırıb. “Ford”a məxsus “Lincoln's Navigator” modelinin Çinə tədarükü də dayandırılıb.
Qəzet qeyd edib ki, Çinin yuxarıda adı çəkilən avtomobillərə olan rüsumları son vaxtlar 150%-ə qədər artıb və “F-150” pikapının flaqman versiyasının qiyməti təxminən 100.000 dollardır.
Ümumilikdə şirkət keçən il Çinə yuxarıda adı çəkilən modellərdən təxminən 5500 avtomobil göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Aprel 2025 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















