Ford un mənfəəti yarıya qədər azalıb
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif:Mehin Qasımova,Banco.az
"Ford" şirkətinin əsas mənfəəti dördüncü rübdə təxminən 50 faiz azalaraq 1 milyard dollara düşüb.
Banco.az xəbər verir ki, şirkət alüminium təchizatçısında baş verən yanğın və gözləniləndən daha yüksək xərclər səbəbindən gəlirliliyinin təzyiq altında oldğunu açıqlayıb.
"Ford" elektrikli avtomobil proqramlarında əhəmiyyətli azalmalardan sonra dördüncü rübdə 11,1 milyard dollar xalis zərər etdiyini bildirib.
"Ford" 2026-cı il üçün faiz və vergilərdən əvvəlki mənfəətinin (EBIT) 8 milyard ilə 10 milyard dollar arasında olacağını proqnozlaşdırıb. Bu qiymətləndirmə analitiklərin orta hesabla 8,78 milyard dollarlıq gözləntisi ilə üst-üstə düşür. Şirkət bu il Prezident Donald Trampın tarifləri səbəbindən təxminən 2 milyard dollar əlavə xərclər gözləyir. Bunun əhəmiyyətli bir hissəsi, xüsusən də yüksək gəlirli F-150 pikaplarında istifadə edilən alüminium tədarükündən gəlir.
Baş direktor Farley 30.000 dollar dəyərində yeni bir elektrikli nəqliyyat vasitəsi platforması hazırladıqlarını və bu platformada dizayn edilmiş elektrikli pikapın gələn il istifadəyə veriləcəyini bildirdi. Şirkət hibrid investisiyalar və selektiv tərəfdaşlıqlar vasitəsilə kapital bölgüsünü optimallaşdırmağı hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 12 Fevral 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















