“Formula 1” eksperti: “Ferstappen idmana ziyan vurur”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Formula-1”in keçmiş pilotu və hazırkı ekspert Martin Brundle dördqat dünya çempionu Maks Ferstappenin yeni qaydalarla bağlı tənqidlərinə sərt reaksiya verib.
İdman.Biz xəbər verir ki, Brundle niderlandlı sürücünün 2026-cı il üçün nəzərdə tutulan yeni avtomobilləri davamlı tənqid etməklə idmanın nüfuzuna xələl gətirdiyini bildirib.
Ferstappen enerjinin idarə edilməsinə qoyulan tələblərin artmasından narazılığını ifadə edərək, mövsümün sonunda karyerasını bitirə biləcəyinə dair ipucları verib. Lakin Brundl qeyd edib ki, heç kim əvəzolunmaz deyil:
“Bu biznesdə əvəzolunmaz şəxs yoxdur. Mən bu idmanda çox möhtəşəm insanların gəlişini və gedişini görmüşəm. İdman isə davam edir. Biz işimizi dayandırdığımız an insanlar növbəti gələcək şəxsdən danışmağa başlayacaqlar”.
Ekspert həmçinin vurğulayıb ki, hazırda Kimi Antonelli, Oliver Birman kimi gənc istedadlar Ferstappenin aldığı məvacibin cəmi bir faizi qarşılığında bu işi inanılmaz dərəcədə yaxşı görə bilərlər. Onun sözlərinə görə, Maksın gedişi griddə heç bir boşluq yaratmayacaq, lakin niderlandlı pilot hazırkı davranışı ilə idmana ciddi ziyan vurur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 02 Aprel 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















