Formula 1 üzrə dördqat dünya çempionu ictimai işlərə məhkum edilib
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Formula 1" üzrə dördqat dünya çempionu Maks Ferstappen Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən ictimai işlərə məhkum edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, buna səbəb onun sentyabrın 19-da pilotların yığıncağında nalayiq ifadələr işlətməsi olub.
27 yaşlı niderlandlı pilotu cəzasını Ruandanın paytaxtı Kiqalidə çəkəcək. O, FIA-nın mükafatlandırma mərasimində iştirak edəcək və paralel olaraq gənc sürücülər üçün təlim məşğələləri keçəcək.
Qeyd edək ki, M.Ferstappen noyabrda Las-Veqas Qran-prisində qalib gələrək ardıcıl dördüncü çempionluğunu qazanıb.

Formula 1 üzrə dördqat dünya çempionu ictimai işlərə məhkum edilib
09 Dekabr 2024 14:53
Dördqat dünya çempionu ictimai işlərə məhkum edildi
09 Dekabr 2024 15:01
Ferstappen dördqat “Formula 1” çempionu oldu
24 Noyabr 2024 15:28
Formula 1 üzrə dördqat dünya çempionu yeni şəxsi təyyarə alıb
09 Fevral 2025 20:15

