Icma.az
close
up
RU
Formula1 ilə bağlı 12 mindən çox turist Bakıya gələcək

Formula1 ilə bağlı 12 mindən çox turist Bakıya gələcək

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 12 mindən xarici turistin Bakıya gələcəyi gözlənilir. Bu barədə SİA-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, rəsmi statistikaya əsasən, ötən il tamaşaçıların 80 faizindən çoxunu əcnəbilər təşkil edib. Hətta bir çox qonaqlar bilet almadan sadəcə "Formula 1" ab-havasını yaşamaq üçün paytaxta üz tutublar. Formula 1-in təqdim etdiyi rəqəmlərə görə, azarkeşlərin 55 faizi Azərbaycan Qran Prisini dostlarına tövsiyə etməyə hazırdır, 72 faizi isə yaxın iki ildə yenidən gəlməyi planlaşdırır.

Göstəricilərə əsasən, bir xarici azarkeşin orta xərci 2200 ABŞ dolları ötür ki, bu da Qran Prini turizm və sahibkarlığın inkişafı üçün mühüm hərəkətverici qüvvəyə çevirir.

2024-cü ildə Azərbaycan Qran Prisini canlı izləyənlərin sayı 86 milyon nəfəri, müxtəlif platformalarda yarışla maraqlananların sayı isə 3,9 milyard tamaşaçını keçib.

Azərbaycan Qran Prisinə marağı nəzərə alınaraq, 2025-ci ildə iki yeni tribuna inşa edilib. 12 tribunadan 10-nun biletləri artıq tamamilə satılıb. Ümumi tutum 20 min nəfəri ötəcək ki, bu da Bakının "Formula 1" xəritəsində mövqeyini daha da möhkəmləndirir.

Yarışa hazırlıq işlərinə minlərlə insan cəlb olunub. Tikinti-quraşdırma işlərində 2 mindən çox mühəndis, texnik, montajçı və logist iştirak edir. Sakinlərin rahatlığı üçün işlər əsasən gecə saatlarında aparılır. Yarış həftəsində bu komandaya əlavə 1500 əməkdaş, 2000 könüllü və 1400 marşal qoşulur.

Əgər ilk illərdə işlərin böyük hissəsi xarici şirkətlərin payına düşürdüsə, bu gün bütün proses yerli podratçılar tərəfindən icra olunur. Bu isə həm yeni iş yerlərinin açılmasına, həm də yerli mütəxəssislərin təcrübəsinin artmasına şərait yaradır. Beləliklə, Qran Pri təkcə idman yarışı deyil, həm də ölkə iqtisadiyyatı üçün güclü inkişaf platformasıdır.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Sentyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri