“Formula”da dəhşətli qəza: “Uilyams”ın sürücüsü havada bir neçə dövrə vuraraq aşdı VİDEO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Uilyams”ın ehtiyat sürücüsü Lyuk Brauninq Yaponiyanın əfsanəvi Suzuka trasında keçirilən “Super Formula” testləri zamanı ağır qəzaya uğrayıb.
İdman.Biz xəbər verir ki, 24 yaşlı britaniyalı pilot trasın məşhur 130R döngəsinə yaxınlaşarkən əlverişsiz hava şəraiti səbəbindən idarəetməni itirib. Yüksək sürətlə maneələrə çırpılan bolid havaya qalxaraq bir neçə dəfə dövrə vurub və yerə tərs vəziyyətdə çırpılıb.
Xoşbəxtlikdən, zərbənin güclü olmasına baxmayaraq, Brauninq ciddi xəsarət almayıb. O, boliddən özü çıxa bilib və hadisə yerini piyada tərk edib.
Qeyd edək ki, Brauninq 2026-cı ildə “Uilyams”dakı vəzifəsi ilə yanaşı, Yaponiya seriyasında da mübarizə aparacaq. Pilot ötən mövsüm “Formula-2” çempionatında səkkiz podium və bir qələbə ilə turniri dördüncü pillədə başa vurmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 25 Fevral 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















