Icma.az
close
up
RU
Forsmajor hallara hazır iki qurum: DİN və FHN

Forsmajor hallara hazır iki qurum: DİN və FHN

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

MERİYA çox passiv qaldı
Ekstremal hava şəraitində əskiklərimiz çox göründü
“Mən könüllüyəm” deyən hər vətəndaşın da selin, tufanın olduğu ərazilərə girməsinə icazə vermək olmaz
“Daha yaxşı olar ki, Bakı şəhərində fövqəladə hallarla bağlı bir komissiya yaradılsın və hadisə anında bu komissiya bütün aidiyyəti qurumların fəaliyyətini tənzimləsin və koordinasiyanı təşkil etsin”
 

Aprelin 16-da Bakıda və Abşeron yarımadasında yağan güclü və fasiləsiz yağışlar nəticəsində bir sıra küçə və prospektlərdə su yığılması müşahidə olunub. Qısa müddət ərzində yağan intensiv yağıntılar bəzi ərazilərdə nəqliyyatın hərəkətinə və piyadaların sərbəst keçidinə çətinliklər yaradıb. Lakin vəziyyətə dərhal müdaxilə edən Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları operativ və fədakar xidmətləri ilə fəsadların dərinləşməsinin qarşısını alıblar.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gecə saatlarınadək su basmış ərazilərdə nasosların quraşdırılması, avtomobillərdə qalan insanların təxliyəsi, binaların zirzəmilərindən suyun çəkilməsi işlərini həyata keçiriblər. Nazirliyin “112” qaynar xəttinə yüzlərlə zəng daxil olduğu, bu çağırışlara vaxtında reaksiya verildiyi bildirilib.
Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin əməkdaşları əsas yollarda nəqliyyatın hərəkətini nizamlayıb, suyun yüksək olduğu sahələrə avtomobillərin daxil olmasının qarşısını alıblar. Eyni zamanda, çətin vəziyyətdə qalan sürücülərə texniki və fiziki yardım göstərilib.

Güclü yağış, operativ reaksiya: FHN və polisdən fədakar xidmət

Güclü yağış zamanı Fövqəladə Hallar Nazirliyi (FHN) və Daxili İşlər Nazirliyinin (polis) əməkdaşları tərəfindən göstərilən fədakarlıq, fövqəladə hallara operativ cavab və vətəndaşların təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli idi. Bu hadisə, dövlət qurumlarının ekstremal hava şəraitində koordinasiyalı fəaliyyətini və peşəkarlığını bir daha nümayiş etdirdi.
 

Güclü yağıntıların yaratdığı fəsadlara baxmayaraq, dövlət qurumlarının fədakar fəaliyyəti bir daha göstərdi ki, fövqəladə vəziyyətlərdə çevik və koordinasiyalı yanaşma sayəsində insan həyatı və təhlükəsizlik ön planda saxlanılır.
 

Yağışdan təsirlənən sakinlər sosial şəbəkələrdə paylaşdıqları görüntülərlə FHN və polis əməkdaşlarının su dolu küçələrdə fiziki olaraq insanlara yardım etdiklərini əks etdiriblər. Bəzi hallarda çiyinlərində uşaq daşıyan polis əməkdaşlarının görüntüləri cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb.
 

Qeyd edək ki, belə vəziyyətlərdə təkcə dövlət qurumlarının deyil, könüllü xilasedicilərin də cəmiyyətin təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd olunur. Bildirilir ki, fövqəladə hallar zamanı yalnız peşəkar qüvvələrə arxalanmaq yetərli olmaya bilər. Könüllü xilasedicilər ekstremal hallarda peşəkar qüvvələrə mühüm dəstək verir.

Cəmiyyətin özü-özünü qoruma gücü

Qeyri-sabit hava şəraitində könüllü xilasedicilərin fəaliyyəti həm sosial həmrəylik baxımından, həm də fövqəladə hallara hazırlıq kontekstində olduqca əhəmiyyətlidir. Belə hallarda könüllü qüvvələrin təşkilatlanması, onların fəaliyyətinə ictimai dəstəyin göstərilməsi və hüquqi təminatın yaradılması, dayanıqlı cəmiyyət quruculuğunun əsas şərtlərindəndir.
 

Qeyd edək ki, könüllü xilasedicilər – adətən vətəndaş cəmiyyəti üzvləri, yerli icmaların fəalları, gənclər və bəzən keçmiş mütəxəssislər – fövqəladə hallarda yardım çağırışlarına cavab verir, ilkin yardım göstərir, sakinləri təxliyə etməkdə iştirak edir və peşəkar qurumlarla koordinasiyalı fəaliyyət göstərirlər.
 

Bu həm sosial həmrəylik nümunəsi, həm də vətəndaş məsuliyyətinin bariz göstəricisi kimi qiymətləndirilə bilər. Xüsusilə kənd və qəsəbə tipli yaşayış məntəqələrində, peşəkar xilasedici qüvvələrin çatmaqda çətinlik çəkdiyi yerlərdə könüllülərin rolu daha da artır.
 

Ekspertlər də bildirir ki, könüllülərin peşəkar şəkildə hazırlanması, ilkin yardım, təxliyə və təhlükəsizlik prosedurları üzrə maarifləndirilməsi, həmçinin hüquqi baza ilə təmin olunması bu sahənin davamlı inkişafı üçün vacibdir.
 

Azərbaycanın da bu sahədə beynəlxalq təcrübədən faydalanaraq könüllü xilasedici institutunu gücləndirməsi, onların fəaliyyətini qanunvericilik səviyyəsində dəstəkləməsi fövqəladə hallarda risklərin azaldılmasına mühüm töhfə verə bilər.
 

Dünya praktikasında — xüsusilə Almaniya, Yaponiya və Norveç kimi ölkələrdə — könüllü xilasedici sistemləri dövlət strukturları ilə yanaşı fəaliyyət göstərir. Onlar mütəmadi təlimlərə cəlb olunur, yerli əhalinin maarifləndirilməsi prosesində iştirak edir və böhran anlarında ilkin reaksiya qüvvəsi kimi çıxış edirlər.
 

Birləşmiş Millətlər Təşkilatının (BMT) tövsiyələrinə görə, fövqəladə hallarda vətəndaş iştirakının təşkili risklərin azaldılması strategiyalarının ayrılmaz hissəsidir.

Arxa cəbhədə: Yardım, logistika, informasiya cəbhəsi

Azərbaycanda təbii fəlakət halları müşahidə edilməsə də, 44 günlük Vətən müharibəsi zamanı könüllülərin rolu həm hərbi, həm də mülki sahədə böyük əhəmiyyət daşıyırdı.
 

Bu prosesdə könüllülərin – cəbhəyə yollananlardan tutmuş, arxa cəbhədə çalışanlara qədər – fəaliyyəti milli həmrəyliyin simvoluna çevrildi.
 

Onlarla, yüzlərlə gənc hərbi xidmətdən təxris olunmuş olsalar da, müharibə başlayanda könüllü şəkildə yenidən cəbhəyə yollandılar. Müdafiə Nazirliyi və Səfərbərlik Xidmətinə müraciət edən bu şəxslərin motivasiyası sadə idi: “Vətən çağırırsa, cavab vermək borcdur.
 

Eyni zamanda könüllülər qida, geyim, dərman yardımlarının toplanması, bölünməsi və cəbhəyə çatdırılması, müharibə iştirakçılarına və onların ailələrinə dəstək, sosial şəbəkələrdə informasiya müharibəsində iştirak kimi çoxsaylı istiqamətlərdə aktiv rol oynadılar.

Azərbaycanlı könüllülər Türkiyənin də  yaralarını sarıdı

2023-cü ildə Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş və ölkənin tarixində ən dağıdıcı zəlzələlərdən biri kimi yadda qalan təbii fəlakət zamanı azərbaycanlı könüllülərin göstərdiyi həmrəylik və fədakarlıq beynəlxalq miqyasda böyük rəğbətlə qarşılandı. Bu hadisə Azərbaycan–Türkiyə qardaşlığının nə qədər dərin və sarsılmaz olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycanlı könüllülər dağıntılar altında qalanların axtarış-xilasetmə işlərində iştirak etdilər,çadırlarda, yardım məntəqələrində və səhra mətbəxlərində fəaliyyət göstərdilər, yardım toplama kampaniyaları təşkil etdilər, zərərçəkmişlərə psixoloji dəstək göstərdilər. Bu prosesdə Azərbaycan Könüllülər İctimai Birliyi, ASAN Könüllüləri, Tələbə Gənclər Təşkilatları, eləcə də müstəqil könüllülər aktiv şəkildə iştirak etdilər. Bəzi könüllülər öz vəsaitləri hesabına Türkiyəyə gedərək yardım prosesinə qatıldılar.

Mövzunu dəyərləndirən bəzi mütəxəssislər də bildirir ki, bu cür fövqəladə hava hadisələrində vətəndaşların sağlamlığının və həyatının qorunması yalnız texniki deyil, həm də peşəkar koordinasiya və fədakarlıq tələb edir: “FHN və polis əməkdaşlarının hadisə yerindəki çevikliyi sübut etdi ki, fövqəladə vəziyyətlərə hazırlıq sadəcə protokol deyil, real həyat təcrübəsidir. Onların fəaliyyəti nəticəsində daha böyük itkilərin qarşısı alındı”.

Xilasedicilər hadisə yerində – saatlarla fasiləsiz xidmət

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Sherg.az"a açıqlamasında qeyd edb ki, ekstremal hava şəraiti və fövqəladə hallarda güc strukturlarının əhalinin təhlükəsizliyinin təmin edilməsi, təxliyə işlərinin aparılması və ictimai asayişin qorunması kimi vəzifələri yerinə yetirməsi təqdirəlayiq haldır. Onun fikrincə, bu fəaliyyətlərin hüquqi əsaslarla və insan hüquqlarına riayət olunaraq həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir:

 “Qarlı və yağışlı hava şəraiti hökm sürən ərəfələrdə əhali arasında belə bir fikir formalaşır ki, Azərbaycan qara, yağışa hazır deyil. Bu barədə sosial şəbəkələrdə, müxtəlif media qurumlarında müzakirələr gedir, müvafiq qurumlarla bağlı tənqidi materiallar dərc olunur.
 

Aprelin 16-da yağan güclü yağış da bir daha cəmyyətin narahatlığını haqlı çıxardı və gördük ki, bəzi dövlət qurumları, doğrudan da, qeyri-sabit hava şəraitinə hazır deyil. Yenə də tunellərin altını su basdı, kanalizasiya xətləri, drenaj sistemləri işləmədi, küçələrlə çay axdı. Bütün bunlar da vaxtı ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan plansız işlərin nəticəsidir. Fəsadların qarşısını almaq üçün heç bir profilaktik tədbirlərin görülmədiyinin növbəti dəfə şahidi olduq.
 

Sözsüz ki, təbii fəlakətdən, ekstremal hava şəraitindən heç bir dövlət sığortalanmayıb. Azərbaycanda yaşanan bu ekstremal hava şəraiti, iqlim dəyişikliyinin təsiri ilə əlaqələndirilir və belə hadisələr, təbii fəlakətlərə qarşı hazırlıq və infrastrukturun dayanıqlılığının artırılmasının vacibliyini bir daha göstərir.
 

Bəzi qurumların əksinə olaraq biz tufana və leysana rəğmən iki qurumun Azərbaycan Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının istənilən forsmajor hadisələrə hazır olduğunu gördük.
 

DİN əməkdaşları yollarda həm avtomobillərin, həm də insanların təhlükəsizliyini təmin etmək üçün canla-başla işlədilər. Nəinki Bakıda, regionlarda da çaya-selə düşən maşınlardan sürücülərin çıxarılması üçün əllərindən gələni etdiklərini gördük.
 

Biz ən çətin vaxtlarımızda, hətta pandemiya zamanı da polis əməkdaşlarının insanlara göstərdiyi diqqət və qayğının, insanların təhlükəsizliyinə yönələn addımlıarının şahidi olmuşuq. Bir vətəndaş, hüquq müdafiəçisi olaraq dünənki günə görə də polis fərdlərinin hər birinə, Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına öz minnətdarlığımı bildirirəm.
 

Eyni ilə FHN əməkdaşları da kifayət qədər çevik və operativ fəaliyyət nümayiş etdirdi. Tunellərə yığılan suların çəkilməsi, evini su basan insanların xilas edilməsi kimi halların öhdəsindən gələ bildilər”.    

“Darda qalan vətəndaşla yanaşı həmin könüllünün öz həyatı üçün də ciddi təhlükə vəd edən haldır”

 Ekstremal hava şəraitində könüllülərin dövlət qurumlarına dəstəyinə gəldikdə isə Ç.Qənizadə deyib ki, bu hal müasir fövqəladə hallar idarəetməsinin ayrılmaz hissəsidir. Azərbaycanda da bu istiqamətdə son illərdə könüllü fəaliyyəti artmaqda və müxtəlif sahələrdə inteqrasiya olunmaqdadır:

 “Lakin yağışlı hava şəraiti  günlərlə davam etsə, insanların həyatı, əmlakı üçün ciddi təhlükə yaratsa, könüllülərin xidmətindən dövlət qurumlarına dəstək kimi faydalanmaq olar. Məsələn, qardaş ölkədə baş verən meşə yanğınları zamanı könüllülər dövlət qurumlarına yardım edirlər. Bir günün içərisində baş verən və ciddi fəsadlar yaradan fəlakətlər zamanı operativ şəkildə könüllüləri yığmaq və onları təlimatlandırmaq çətin məsələdir. Bu cür işlərə cəlb edilən könüllülərin professional olmasına mütləq diqqət edilməldir. “Mən könüllüyəm” deyən hər vətəndaşın selin, tufanın olduğu ərazilərə girməsinə icazə vermək olmaz. Bu, darda qalan vətəndaşla yanaşı həmin könüllünün öz həyatı üçün də ciddi təhlükə vəd edən haldır. Bu cür şəxslər fiziki cəhətdən sağlam və çevik olmalıdır, ekstremal hallarda necə davranılacağına dair bilgili olmalı və təhlükə anında düzgün qərar qəbul etmək bacarığına sahib olmalıdır. Daha yaxşı olar ki, Bakı şəhərində fövqəladə hallarla bağlı bir komissiya yaradılsın və hadisə anında bu komissiya bütün aidiyyəti qurumların fəaliyyətini tənzimləsin və koordinasiyanı təşkil etsin.

Faktiki olaraq biz ayrı-ayrı qurumların öz təşəbbüsü ilə yağışın fəsadlarının aradan qaldırılması üçün aktiv iştirakını müşahidə etdik. DİN və FHN əməkdaşlarından əlavə külək və yağışdan sonra yaranan fəsadları aradan qaldırmaq üçün “Azərişıq” və “Azəravtoyol” ASC əməkdaşlarının da çalışdıqlarına şahid  olduq. Suların çəkilməsi, nəqliyyatın bərpası üçün mobil qruplar işləyir.

Qalan qurumlar isə passivliyi ilə yaddaşlarda qalacaq, xüsusən də Bakı Şəhər İcra Hakimiyyəti...”

Bu koordinasiya fəlakətin qarşısını aldı

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev də qəzetimizə açıqlamasında deyib ki, ekstremal hava şəraitində dövlət qurumlarının fədakarlığı, vətəndaşların təhlükəsizliyinin təmin olunması və infrastrukturun qorunması baxımından həyati əhəmiyyət daşıyır. Aprelin 16-da Azərbaycanda müşahidə olunan güclü leysan yağışları və fırtına fonunda dövlət strukturlarının gördüyü operativ tədbirlər bu baxımdan xüsusilə diqqətəlayiqdir:

 “Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti zamanı qeydə alınan güclü leysanlar və fırtına göstərdi ki, Azərbaycanın dövlət qurumları bu kimi təbii fəlakətlərə qarşı hazırdır və operativ müdaxilə bacarığına malikdir. FHN-in və digər aidiyyəti qurumların fədakarlığı təkcə texniki təchizatla deyil, insan resurslarının səfərbərliyi ilə də özünü göstərdi.
 

Xüsusilə su basmış ərazilərdə əhalinin təxliyəsi, infrastruktura dəyən ziyanın minimuma endirilməsi, yol hərəkətinin bərpası sahəsində görülən tədbirlər cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına yönəlib. Bu vəziyyət bir daha sübut etdi ki, risklərin idarə olunması yalnız texnoloji deyil, eyni zamanda sosial və təşkilati məsələdir. Burada könüllülərin iştirakı da yüksək qiymətləndirilməlidir.

Təbii fəlakətlər zamanı ilk reaksiya və yerli əhali ilə birbaşa əlaqə çox vaxt məhz könüllülər tərəfindən qurulur. Onlar əhali arasında məlumatlandırma işləri aparır, ehtiyacı olanlara ilkin yardım göstərir, yaşlı və azyaşlıların təhlükəsizliyinə dəstək olurlar. Fikrimcə, könüllü institutlarının gücləndirilməsi və onların fövqəladə hallara hazırlıq prosesinə daha sistemli inteqrasiyası gələcək üçün vacib addımdır.  


Ekstremal hava şəraiti: dövlət-vətəndaş birliyinin bariz nümunəsi
 

Təbii fəlakətlər, ekstremal hadisələr zamanı müvafiq dövlət qurumları ilə yanaşı, könüllülərin də xilasetmə işlərinə cəlb olunması dünya praktikasında geniş istifadə olunan bir haldır. Bir çox ölkələrdə əlaqələndirici qurumların tabeliyində könüllülər xidmət göstərir. Azərbaycanın da bu sahədə beynəlxalq təcrübədən faydalanaraq könüllü xilasedici institutunu gücləndirməsi, onların fəaliyyətini qanunvericilik səviyyəsində dəstəkləməsi fövqəladə hallarda risklərin azaldılmasına mühüm töhfə verə bilər.
 

Səhv etmirəmsə, FHN-in nəzdində fəaliyyət göstərən könüllülər var. Bu şəxslər müvafiq olaraq təlimlərə, kurslara cəlb olunur, onların təbii fəlakətlər, təbiət hadisələri zamanı ilkin tibbi yardım, evukuasiya, təxliyyə qaydaları və əlaqələndirici qurumlarla koordinasiyalı iş öyrədilir”. ((Sherg.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see120

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see118

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see117

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see117

Zelenski Vatikanda Trampla görüşə bilər

23 Aprel 2025 00:04see116

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see116

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see114

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see114

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see114

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see114

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see113

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see112

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see112

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see112

Naxçıvanda istedadlı şagirdlərlə görüş

23 Aprel 2025 01:49see111

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see111

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri