Icma.az
close
up
RU
Forum Azərbaycanın regionda liderlik mövqeyini gücləndirir POLİTOLOQ AÇIQLADI

Forum Azərbaycanın regionda liderlik mövqeyini gücləndirir POLİTOLOQ AÇIQLADI

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Böyük beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi məmləkətimizin bölgəmizdə və dünyada rolunun artmasından xəbər verir. Bakı Qlobal Forumunda da dünyanı, beynəlxalq aləmi və Avro-asiya bölgəsini narahat edən mövzular müzakirə olunacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, həmin forumda müxtəlif panellər də olacaq və müəyyən mövzular ətrafında müzakirələr olunacaq: "Belə forumların da keçirilməsi Azərbaycan üçün vacibdir. Çünki biz tək Cənubi Qafqazı araşdırmırıq, Avro-asiya bölgəsində, Avropada baş verən hadisələrində Cənubi Qafqaza, Mərkəzi Asiyaya təsirlərini araşdırırıq. Ona görə də, bu Bakı Qlobal Forumunda panellərdə, Rusiya-Ukrayna müharibəsi, Amerikanın yeni xarici və təhlükəsizlik siyasəti, Azərbaycanın qonşu ölkələrlə münasibəti, Ermənistanla olan münasibətlərlə bağlı müzakirələr olunacaq. Daha bir məsələdə ondan ibarətdir ki, XII Bakı Qlobal Forumu, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun artmasına və qlobal məsələlərə dair konstruktiv müzakirələrdə iştirakına əhəmiyyətli töhfə verən bir tədbirdir. Bu forumun ölkəmiz üçün bir neçə əhəmiyyətli aspekti vardır. Bunlardan biri də diplomatik əlaqələrin inkişafı ilə bağlıdır. Bakı Qlobal Forumu, Azərbaycanın müxtəlif ölkələrin nümayəndələri ilə diplomatik əlaqələr qurması və mövcud əlaqələri gücləndirməsi üçün bir platformadır. Forumda iştirak edən dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daha yaxından tanıyır və ölkəmizlə əməkdaşlıq imkanlarını müzakirə edirlər. Bundan əlavə olaraq digər bir əhəmiyyətli mövqedə regionda liderlik mövqeyinin güclənməsi ilə bağlıdır. Bakı Qlobal Forumu, Azərbaycanın regionda liderlik mövqeyini gücləndirir. Bu forum, Cənubi Qafqaz və daha geniş region üçün əhəmiyyətli bir tədbir olaraq, Azərbaycanın sülh və inkişaf naminə apardığı siyasətləri daha geniş auditoriyaya tanıdır. Bu da bizə imkan verir ki, xarici qonaqların bu mövzular barəsində mövqeyini, rəyini biz bu cür toplantılarda öyrənə bilək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Mart 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri