Icma.az
close
up
RU
Forum çərçivəsində görüşlər və razılaşmalar

Forum çərçivəsində görüşlər və razılaşmalar

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qlobal Media Forumu çərçivəsində Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Alyansın Baş katibi Elşən Şahbalayevin moderatorluğu ilə keçirilən iclasda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki, Şuşa yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının zəngin mədəni irsini, tarixi yaddaşını və mənəvi birliyini təcəssüm etdirən mühüm məkandır. Türk Xəbər Agentlikləri Alyansının ilk addımlarını Şuşada atması və vacib müzakirələrin məhz burada keçirilməsi alyansımızın gələcək fəaliyyəti üçün də mühüm mənəvi əsas yaradır.

“Qazcontent” İdarə Heyətinin sədri, ATNA-nın prezidenti Adil Seifullin bildirib ki, bu gün alyans regional əməkdaşlığın əsas platformalarından birinə çevrilib və burada irəli sürdüyümüz ideyalar konkret layihələr şəklində həyata keçirilir.

“Anadolu” Agentliyinin vitse-prezidenti və baş redaktoru Yusuf Özhanın sözlərinə görə, jurnalistika əsasən gündəlik hadisələrin işıqlandırılması ilə məşğul olur. Peşəmizin vəzifələrindən biri də baş verənləri zamanın sınağından çıxacaq şəkildə qorumaqdır.

“Kabar” Xəbər Agentliyinin baş redaktoru Nazgül Nurmanbetova Alyans çərçivəsində qurulacaq tərəfdaşlıqların həm peşəkar təcrübə mübadiləsinə, həm də birgə media layihələrinin həyata keçirilməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

“UzA” Xəbər Agentliyinin baş redaktor müavini Qayrat Xonnazarov vurğulayıb ki, qarşılıqlı etimad, operativ informasiya mübadiləsi və peşəkar həmrəylik dövlət xəbər agentlikləri arasında əməkdaşlığın əsas prinsiplərini təşkil etməlidir.

İclasda alyansın fəaliyyətinin daha da təkmilləşdirilməsi, üzv agentliklər arasında əməkdaşlığın genişləndirilməsi və gələcək fəaliyyət istiqamətləri ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunub.

***

Dünən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Latın Amerikası Xəbər Agentliyinin təsisçisi və direktoru Juan Manuel Fonrouge ilə görüşüb. Söhbət zamanı media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xəbər mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

***

Həmin gün Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə İtaliyanın Adnkronos İnformasiya Agentliyi (ADN) arasında əməkdaşlıq və xəbər mübadiləsinə dair yeni müqavilə imzalanıb.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Adnkronos agentliyinin biznesin inkişafı direktoru Klaudio Çiukkiu ilə görüşündə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Dünən AZƏRTAC ilə Yaponiyanın "Jiji Press" informasiya agentliyi arasında əməkdaşlıq və xəbər mübadiləsi haqqında da müqavilə imzalanıb.

***

Forum çərçivəsində AZƏRTAC ilə Mozambik İnformasiya Agentliyi (AIM) və Oman Xəbər Agentliyi (ONA) arasında əməkdaşlıq və xəbər mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri