Icma.az
close
up
RU
Forumda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub...

Forumda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub...

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Belçikanın sabiq Baş naziri İv Lötermin moderatorluğu ilə keçirilən “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib. O, ABŞ-ın ÜST-dən çıxmasını itki olaraq qiymətləndirərək deyib: “Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir. Yeganə imkan birgə mübarizədir. ABŞ inkişafa dəstəyin 30 faizini ödəyir. Odur ki, bu maliyyənin ödənilməməsi səhiyyəyə təsir göstərəcək. Məsələn, Qazanılmış İmmunçatışmazlığı Sindromuna (QİÇS) qarşı mübarizəyə və digər sahələrə maliyyə yardımının göstərilməməsi qabaqcıl tədbirlərin görülməməsinə səbəb olacaq. Anbarlarda kifayət qədər dərmanların olmaması, çatdırılmanın gecikməsi müalicəni çətinləşdirir. Burada xüsusilə Afrika qitəsini qeyd etmək lazımdır. Yeddi yüzdən çox laboratoriyanın fəaliyyətini dayandırmalı olacağıq”.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq münasibətlər sisteminin yeni mərhələdən keçdiyinə diqqət çəkib: “Geosiyasi dəyişikliklər, daha geniş münaqişələr müşahidə olunur. Məhz bu sahədəki böhran çağırışlarının həll variantlarının tapılması olduqca vacibdir. Bir çox təsisatlar təsirli yanaşmalar tətbiq etməyə çalışırlar. Gücün tətbiqindən əl çəkmək, tərəfləri daha çox bir araya gətirmək istəyirlər”.

Nazir bildirib ki, çoxqütblülük qlobal səviyyədə güclərin dəyişməsi, tarazlığın bərpası deməkdir. Dövlətlər ideoloji baxımdan daha sıx işləməyə çalışırlar. İkitərəfli razılaşmalara daha çox üstünlük verilir, nəinki daha böyük razılaşmalara.

“Azərbaycan münaqişələrə və çağırışlara baxmayaraq, tərəfdaşlarla əməkdaşlıq edir. Biz bərabərliyi üstün tuturuq. Azərbaycan çoxtərəfli münasibətlərə önəm verir. Bütün beynəlxalq təşkilatlarla əlaqələr qururuq. Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik”, - deyə nazir əlavə edib.

Finlandiyanın sabiq Prezidenti Tarya Halonen çoxqütblü dünyanın hər kəs üçün vacib olduğunu bildirəyək vurğulayıb: “Düşünürəm ki, Təhlükəsizlik Şurasının tərkibi daha çoxşaxəli olmalıdır. Hazırda bütün dünyada gedən dəyişikliklər olduqca mürəkkəbdir”.

İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio isə sülhə nail olmağın yolunun qarşılıqlı məsləhətləşmələr olduğunu deyib. Onun sözlərinə görə, çoxqütblülük mövzusunun müzakirə edilməsi olduqca vacib məsələdir.

“Bir çox məsələlər müzakirə olunur. Ancaq əsas düşündürücü məqam bütün proseslərin başlama səbəbidir. İnsanlar süni intellekt, kosmos və insan irqi barədə narahatdırlar. Çalışmaq lazımdır ki, narahatlıq yaradan problemlərin həll yolları axtarılsın. Bu səbəbdən Qlobal Bakı Forumunun çox əhəmiyyətli platforma olduğunu düşünürəm”, - deyə o əlavə edib.

BMT Baş Assambleyasının 62-ci sessiyasının sədri, Şimali Makedoniyanın keçmiş xarici işlər naziri Srgjan Kerim beynəlxalq münasibətlərdə dərin böhran və tektonik dəyişikliklərin olduğunu xatırladaraq qeyd edib: “Biz əsas diqqətimizi qeyri-tarazlığın necə aradan qaldırılmasına yönəltməliyik. Yeni dünya düzənində güclərin tarazlığı olacaqmı, yoxsa maraqların? Bu, ən vacib iki məqamdır”.

O, həmçinin bildirib: “BMT yeganə beynəlxalq universal qurumdur. Onun buraxılması faciəvi səhv olardı. Tarixdən dərs çıxarmalıyıq. Belə bir qurumun mövcud olmaması İkinci Dünya müharibəsinə gətirib çıxardı. Artıq uzun müddətdir ki, BMT-də islahatların aparılmasının vaxtı yetişib. Bu sistem daxilində illərdir həmin istiqamətdə çağırışlar var. Biz əsas diqqətimizi məhz bu məsələyə yönəltməli və sadəcə, çoxqütblü dünyaya uyğunlaşmalıyıq.”

Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Amr Musa beynəlxalq münasibətlərdə ünsiyyətin, qarşılıqlı əməkdaşlığın önəmini xatırladaraq vurğulayıb: “Mən səmimi-qəlbdən ümid edirəm ki, hazırda dünyadakı geosiyasi vəziyyəti olduğu kimi görürsünüz. Bu, gələcəyin gündəmidir. Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər birbaşa müharibələrlə əlaqəlidir”.

“Reinventing Bretton Woods” Komitəsinin təsisçisi və icraçı direktoru Mark Uzan son 30 ildə qlobal maliyyə sisteminin bir çox maliyyə böhranı ilə üzləşdiyini bildirərək deyib: “İlk böhran ötən əsrdə başladı. Meksika böhranını xatırlaya bilərsiniz, sonra Kanada maliyyə böhranı gəldi və nəhayət 2008-ci ilin böyük qlobal maliyyə böhranı baş verdi. Bütün bu böhranlar beynəlxalq əməkdaşlıq mexanizmi sayəsində həll edildi”, - deyə o diqqətə çatdırıb.

Renmin Universitetinin Avropa Araşdırmaları Mərkəzinin direktoru Vanq Yivei isə çoxtərəfliliyi dəstəkləməyin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu, təkcə bir proses deyil, həm də əldə olunan nəticələrə əsasən daha çox üstünlük verilməli yanaşmadır.

“Çin də eyni mövqedədir və biz çoxtərəfliliyin tərəfdarıyıq. Çində biz deyirik ki, hər şey xalqa xidmət üçündür”, – deyə o diqqətə çatdırıb.

Vanq Yivei, həmçinin əlavə edib: “Suriyadan Avropaya axın edən qaçqınların sayına baxdıqda, bunun müxtəlif yan təsirlərlə bağlı olduğunu görürük. Biz dünyada bir ailə kimi yaşamalıyıq.”

Panel mövzu ətrafında müzakirələrlə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Mart 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see145

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see138

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri