Icma.az
close
up
RU
Forza Neftçi çempionluq tələb etdi, bəs, Neftçi necə qarşıladı? REPORTAJ

Forza Neftçi çempionluq tələb etdi, bəs, Neftçi necə qarşıladı? REPORTAJ

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Neftçi” iyulun 18-də, yəni ötən həftənin şənbə günü azarkeşləri ilə görüş keçirdi.

Komandanın məşq proqramına uyğun şəkildə təşkil olunan, “Palms Sports Arena”da baş tutan tədbirdə media nümayəndələri də iştirak etdi. Görüşün məqsədi tərəfdarların yeni transferlərlə tanış olması, futbolçularla ünsiyyət qurması və komandaya dəstək göstərmələri idi. Futbol dili ilə desək, tədbir bu baxımdan məshuldar alındı. Ancaq görüşdən əvvəl klubun baş icraçı direktoru Cenk Sümər və baş məşqçisi Yuri Vernidubun iştirakıyla brifinq keçirildi. Daha sonra çıxış edən Vernidub əvvəlcə hazırlıq prosesini dəyərləndirdi, ardından jurnalistlərin suallarını cavabladı.
Media nümayəndələrinin məlumatlandırılmasından sonra növbə azarkeşlərə çatdı. Media sektoruna daxil olduqda “Forza Neftçi”nin daimi sakini olduğu oturacaqlarda təxminən 500 tərəfdar gördük. Stadionda 100-ə qədər sıravi azarkeş də var idi. Beləliklə, məşq prosesinə start verildi. Həmin anlar əvvəldən sonadək azarkeşlərin bəstələri, şüarları ilə müşayiət olundu. Tərəfdarlar “ağ-qaralar”ın yetirmələrindən olan Aslan Şirinovla kapitan Emin Mahmudova xüsusi dəstək göstərdi, adlarını səsləndirdilər. Məşq çərçivəsində yoxlama oyunu da keçirildi. 8 nəfərlik iki komandaya bölünən futbolçular sarı və qırmızı formalar geyərək meydana çıxdı. Matç “sarılar”ın qələbəsi ilə başa çatdı və bu heyətin xatirə şəkli çəkildi. Sonda baş məşqçi Yuri Vernidub və futbolçular “Forza Neftçi”nin önünə çıxdı. Fanklub üzvlərindən biri irəli gələrək Emin Mahmudova xitabən komandaya uğurlar arzuladı, fubolçulara inandıqlarını, daim yanlarında olacaqlarını bildirdikdən sonra azarkeşlərin çempionluq tələbini dilə gətirdi. Ardından pirotexniki vasitələrdən istifadə edən azarkeşlər stadiona tüstüyə qərq etdi.
Futbolçuların məşqi bitirəndən sonra avtobusa əyləşməsi izdihamla qarşılandı. Düzdü, bütün futbolçular qısa müddətdə nəqliyyat vasitəsində yerini tuta bildi. Lakin Emin Mahmudov avtobusu mühasirəyə alan azarkeşləri gördükdə yerə düşdü və hər biriylə şəkil çəkdirməyə başladı. Kapitan əlil tərəfdarlara xüsusi diqqət ayırdı, stajlı azarkeşlərlə qısa söhbət etdi, azyaşlı tərəfdarların gətirdikləri formaları imzaladı. Nəhayət, avtobusun “Palms Sports Arena”nı tərk etməsinin ardından tərəfdarlar da stadiondan ayrılmağa başladı.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 İyul 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri