Icma.az
close
up
RU
Fotoqrafların xəyalı: 2025ci ildə Şimal İşıqlarını görmək üçün ən yaxşı yerlər

Fotoqrafların xəyalı: 2025ci ildə Şimal İşıqlarını görmək üçün ən yaxşı yerlər

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Şimal işıqları və ya Aurora Borealis təbiətin ən maraqlı şoularından biridir. Səmada rəqs edən bu işıqlar bir çox insanın xəyallarını bəzəyir. Ola bilsin ki, son vaxtlar bu möhtəşəm təbiət hadisəsini görmək həmişəkindən daha asan olduğunu görmüsünüz. Əvvəllər Arktika Dairəsinə yaxın yerlərə getmək lazım idisə, indi Şimal İşıqlarını Britaniyanın cənubunda, Fransada, Belçikada, Danimarkada və ABŞ-ın bəzi yerlərində görmək mümkündür.

Qaynarinfo xəbər verir ki, bunun səbəbi günəşin 11 illik dövrünün zirvəsi olan "günəş maksimumuna" yaxınlaşmasıdır. Bu müddət 2025-ci ilin ortalarına qədər davam edəcək. Günəş maksimumunda koronal kütlə atılması (CMEs) adlanan böyük hissəciklər daha tez-tez baş verir. Bu hissəciklər Yer atmosferində oksigen və azotla qarşılıqlı təsirə girərək gözə çarpan rənglər yaradır. Fırtınalar nə qədər güclü olarsa, işıqlar bir o qədər cənubda görünür.

Gələn il Şimal İşıqlarını görmək istəyirsinizsə, ən yaxşı istiqamətlər bunlardır: İslandiya, Norveç, İsveç Laplandiyası, Finlandiya, Qrenlandiya, Şotlandiya və Kanada.

Ancaq şəhərinizdən Şimal İşıqlarını görmək ümidinizi itirməyin. Sizə nə vaxt səmaya baxmaq lazım olduğunu söyləyən bir çox platforma var: məsələn, AuroraReach.

AuroraReach Şimal İşıqlarının şəhərinizdə və ya başqa yerdə göründüyünü göstərən onlayn vasitələrdən biridir. Məsələn, biz Bakı məkan olaraq seçdiyimiz zaman heç bir yaxın və ya qarşıdan gələn fəaliyyət görünmür. Ancaq məkanı Rusiya olaraq seçdiyimiz zaman ölkənin liman yaşayış məntəqələrindən biri olan Diksonda 3 gün ərzində çətin olsa da, Şimal işıqlarının görünə biləcəyi ilə bağlı məlumatlar var. 

Şəhər və ya ölkə üzrə ən yaxşı istiqamətlər siyahısına daxil olmaq üçün vebsayta daxil olduqdan sonra yuxarıdakı DESTINATIONS sekmesini vurub şəhər (Şəhərlər) və ya ölkə (Ölkələr) seçimlərindən birini seçə bilərsiniz. Bu təbii hadisəni qaçırmamaq üçün AuroraReach-i əlfəcinlərinizə əlavə edib tez-tez yoxlaya bilərsiniz.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Dekabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see284

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see244

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see172

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see154

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see138

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see127

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see126

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see125

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri