Icma.az
close
up
RU
Fövqəladə hadisələr zamanı vətəndaşlar bunları mütləq bilməlidir ƏHALİYƏ XƏBƏRDARLIQ

Fövqəladə hadisələr zamanı vətəndaşlar bunları mütləq bilməlidir ƏHALİYƏ XƏBƏRDARLIQ

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar yanğın və digər fövqəladə hadisələr zamanı əhalinin yaranmış təhlükələrdən mühafizə olunması məqsədi ilə fəlakət zonasından əhali təxliyyə edilir.

Bu funksiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.

Nazirlikdən BAKU.WS-ə bildirilib ki, bu zaman vətəndaşlar da xilasedicilərə yardım etməlidirlər. Təxliyyədən qabaq və təxliyyə zamanı əhali xüsusi siqnallar və rəsmi qurumların informasiyaları əsasında hərəkət etməlidir.

Binaların təxliyyə planı

Hər bir binanın mütləq şəkildə təxliyyə planı olmalıdır. Bu plan binadan təxliyyə yollarını, hərəkətlərin ardıcıllığını özündə əks etdirən və hər mərtəbənin ümumi dəhlizində hamının görə biləcəyi yerdə divardan asılan lövhədə əks olunmalıdır.

Planın mətn hissəsində planın izahı və digər məlumatlar yer alır.

Sığınacaqlarda daldalanma qaydaları

Kütləvi qırğın silahlarının törətdiyi zədələyici amillərdən, bakterial vasitələrdən, yanğın zonalarındakı yüksək temperatur və zərərli qazlardan, habelə adi silahların törətdiyi təhlükələrdən əhalinin mühafizəsi üçün xüsusi mühafizə qurğularından - sığınacaqlardan istifadə olunur.

Adətən sığınacaqlar kimi binalara bitişik və ya müəyyən məsafədə olan xüsusi tikililər, yeraltı keçidlər, metro stansiyaları və ya şaxtalar, kənd yerlərində isə evlərin zirzəmiləri, yarğanlar, meşələr və s. hazırlanır.

Əhaliyə mühafizə qurğularına sığınma barədə ilk məlumatı müvafiq orqanlar verir və bu orqanların göstərişlərinə əsasən hərəkət edilməlidir.

Mülki müdafiə orqanları fövqəladə vəziyyət barədə əhalini vaxtında xəbərdar etmək məqsədilə sirenalar, istehsalat fitləri və digər siqnallardan xəbərdaredici vasitə kimi istifadə edir ki, bu zaman siqnalı eşidən hər kəs radio və ya televizoru işə salmalı, verilən məlumatları dinləməlidir.

Bu siqnal ictimai yerlərdə (mağaza, teatr, restoran, xidmət obyekti və s.) eşidilərsə, təşkilatın rəhbərliyindən heç bir göstəriş olmadığı halda küçəyə çıxmaq, yaxınlıqdakı sığınacağın və ya təbii daldalanacağın yerini müəyyən etmək (xüsusi yolkənarı işarələr və ya yaxınlıqdakı polis məntəqəsinin köməyi ilə) və orada daldalanmaq lazımdır.

Yerləşdiyiniz məkanları (evlər, şəxsi obyektlər) tərk edərkən elektrik və qaz cihazlarını şəbəkədən ayırmağı və ev heyvanlarını daldalamağı unutmayın.

Daldalanma prosesi mütəşəkkil şəkildə və cəld həyata keçirilməlidir. Sığınacaqların yeri və giriş yolları xüsusi işarələrlə göstərilir. Hər bir sığınacağa əhali bu işdə məsul olan manqa komandirinin göstərişi üzrə yerləşdirilir.

Fövqəladə hallar və mülki müdafiə orqanlarının göstərişi olmadan sığınacaqlardan və daldanacaqlardan çıxmaq qəti qadağandır.

Əhalinin köçürülməsi

Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin üsullarından biri də fəlakət və ya qəza rayonlarından əhalinin köçürülməsidir.

Müvafiq qurumlar xəbərdaredici siqnaldan sonra televiziya, radio və ya səsgücləndiricilər vasitəsi ilə əhaliyə toplanış-köçürmə məntəqəsinin nömrəsini və ünvanını, oraya toplanma vaxtını, istifadə olunacaq nəqliyyat vasitəsinin nömrəsini, son məntəqənin ünvanını bildirir.

Yerli icra hakimiyyəti orqanları, habelə müəssisələrin, idarə və təşkilatların rəhbərləri köçürülən əhalinin təminatı üçün müvafiq tədbirlər görür.

Köçürülmə zamanı davranış qaydaları

Əhali köçürülmə haqqında göstəriş alan kimi elektrik və qaz cihazlarını xətdən ayırmalı, kənd təsərrüfatı heyvanlarını və yemlərini təhlükəsiz yerə yığmalı, fövqəladə hallara hazırlıq çantasını götürərək əvvlcədən elan olunmuş toplanış-köçürmə məntəqələrinə gəlməlidir.

Hər kəs özünə aid olan cantanın üzərinə adını, soyadını, daimi yaşayış yerinin və köçürülmə məntəqəsinin ünvanını qeyd etməlidir.

Nitq qüsurlu insanların və uşaqların geyimlərinin astarına xüsusi məlumatlar (adı, soyadı, atasının adı, təvəllüdü, daimi yaşayış yerinin və köçürülmə məntəqəsinin ünvanı) qeyd olunmuş parça tikilməlidir.

Köçürülmə zamanı köməyə ehtiyacı olan insanlara yardım olunmalı, rəsmi qurumların göstərişlərinə sözsüz əməl edilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 İyun 2025 03:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri