Icma.az
close
up
RU
FÖVQƏLADƏ HALLAR NAZİRİ, GENERAL POLKOVNİK KƏMALƏDDİN HEYDƏROV CƏNABLARINA

FÖVQƏLADƏ HALLAR NAZİRİ, GENERAL POLKOVNİK KƏMALƏDDİN HEYDƏROV CƏNABLARINA

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Çox hörmətli cənab nazir!

Sizi və Sizin şəxsinizdə ölkəmizin  Fövqəladə Hallar Nazirliyi  strukturunun  bütün əməkdaşlarını peşə bayramınız münasibətilə ürəkdən təbrik edir və  hər birinizə can sağlığı, dövlətimiz naminə gördüyünüz işlərdə uğurlar diləyirəm.

Cənab general-polkovnik!

Ölkəmizdə hər kəsə yaxşı  məlumdur ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi  yarandığı gündən ölkə həyatının bütün sahələrində öz vəzifəsini şərəflə  yerinə  yetirib və bu gün də yerinə  yetirir. Sizin həmin  quruma rəhbər təyin edildiyiniz dövrdən sonra  nazirliyin   iş görmə  qabiliyyəti, faydalılıq əmsalı, bir az da  konkret  desəm, Azərbaycanda və onun  hüdudlarından  kənarda gerçəkləşdirdiyi xidmətlər həqiqətən  təqdirəlayiqdir. 

Bu gün  ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə  olunmuş nazirliyin ən zəruri avadanlıqlarla, texniki  vasitələrlə  təminatı, yaradılmış iş şəraiti  həm ürəkaçandı, həm də qürurvericidi. Heç də  təsadüfi deyil ki, Azərbaycan  FHN-çiləri  təkcə ölkə daxilində deyil, yaxın-uzaq məmləkətlərdə də öz bacarıqları ilə hər kəsi təəccübləndiriblər. Hətta Türkiyə prezidenti cənab Ərdoğan da Türkiyədəki sonuncu zəlzələ  zamanı vurğuladı ki, başqa dövlətlər telefon açıb hansı yardımların lazım olduğunu  soruşanda Azərbaycandan soruşdular ki, təyyarələrimiz  hansı limanlara  ensin.

Bax, elə bu  fikrin özü bizim Fövqəladə Hallar Nazirliyi  əməkdaşlarının çevikliyinin, peşəkarlığının  real göstəricisidir. 

Cənab  nazir!

Bu gün  Fövqəladə Hallar Nazirliyinin  əməkdaşları  üçün Sizin rəhbərliyiniz altında reallaşan peşə  təcrübəsi, yeni ixtisaslara yiyələnmək, müasir avadanlıqlardan, təcrübələrdən  istifadə etmək işi bu qurumun nüfuzunu daha da artırır. Və ölkəmizdə indi hər kəs yaxşı bilir ki, FHN-çilər Qarabağ cəbhəsində, döyüş  meydanlarında göstərdiyi  igidliklə yanaşı,  öz xidməti sahələrində də hər cür qəhrəmanlığa hazırdırlar. Və onlar bunu dəfələrlə  sübut ediblər.

Çox hörmətli Kəmaləddin müəllim!

Bir daha Sizi və ölkəmizin  ən önəmli strukturlarından biri olan Fövqəladə Hallar Nazirliyinin  bütün əməkdaşlarını  peşə bayramı münasibətilə  ürəkdən təbrik edirəm.

Hörmətlə:

Aqil ABBAS,
millət vəkili

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Dekabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri