Icma.az
close
up
RU
Fövqəladə Hallar Nazirliyi xəbərdar edirsə...

Fövqəladə Hallar Nazirliyi xəbərdar edirsə...

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səhiyyə naziri: "Mətbəxdə diş çəkdirənə görə biz cavabdeh deyilik" dedi. Xeyli adam təəccübləndi, xeylisi nazirə qəzəbləndi. Bu sözə gülənlər də az deyildi.

Amma burda gülməli, ya da təəccüblü heç nə yoxdur. Qəzəblənəcək çox şey var. Həm də bu qəzəbin ünvanı təkcə "diş həkimiyəm" deyən peşəsizlərə pulla lisenziya satan Səhiyyə Nazirliyi deyil. Qəzəb o cür "həkim"lərin özlərinə və "mətbəxdə" diş çəkdirən pasiyentlərə də yönəlməlidir. Əgər, doğrudan da, çıxış yolu qəzəbdirsə...

Təbii ki, "qəzəb" deyəndə burda söhbət ictimai rəydən, ictimai qınaqdan gedir. Qanunun gücü də öz yerində. Ancaq hər "diş həkimi"nin mətbəxinə polis postu qoyula bilməz axı. Burada həkimin vicdanı və pasiyentin məsuliyyəti işə düşəcək. Əgər bunlar varsa. Ağlı başında heç bir pasiyent "mətbəxdə" diş çəkdirməz. Heç bir vicdanlı həkim də bunu etməz.

Belə deyirik. Ancaq reallıq başqadır.

Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən, sürücülərə müraciət edib. Yenə də səbəb qarlı, şaxtalı havalar, buz bağlayan yollardır. Adamlara deyirlər ki, çox vacib olmadıqca, yola çıxmasınlar. Çıxırlarsa, hazırlıqlı çıxsınlar.

Səhv demirlər!

Hə, o başqa məsələdir ki, həmin o ictimai rəyə görə, nəinki paytaxt Bakı, bütövlükdə ölkə qışa hazır deyil. Bu da başqa bir reallıq! Hökumət əhalini qışa hazır olmağa çağırır, əhali də hökuməti. Nəticədə məlum olur ki, qış bu ölkəyə... hazır deyilmiş!

Problemi bu cür həll etmək mümkün olmayacaq. Əhali də qışa hazırlıqlı olmalıydı, hökumət də. Hər intensiv yağan qar, hər qorxulu buzlanma, eləcə də, hər leysan yağış, daşqın... bir xəbərdarlıqdır, bir dərsdir. Təbiət dəfələrlə bizi xəbərdar edir ki, hazır olmaq lazımdır. Ancaq nəticə çıxaran var?!

Hökuməti qınadıq: qışa hazırlıq yox dərəcəsindədir, qartəmizləyən maşlnlar azdır, yollara dərhal duz, qum tökülmədi deyə. Hər halda hər yerdə bunu görmədik. Mən hələ erkən xəbərdarlıq sisteminin mükəmməl olmadığını demirım. Bəli, hökuməti qınamaq asandır. Bunu etdik. Bir də bizim özümüzü qınamaq istərdim.

Bu qədər intensiv yağan qarı, yolların buzlandığını görə-görə uzaq dağ aşırımlarından keçmək istəyən sürücülərə nə deməli?!

Səni sürükləyib aparan suya "sel" deyirsən? Deyirsən. Bəs səni sürükləyəcək buzlu yola niyə çıxırsan? Həm də uzaq yola. Üstəlik ailə-uşaqla.

İndiki "intensiv" dediyimiz qar yağmurunda sənin Ağsu, Muğanlı aşırımlarında, yaxud, məsələn, Qudurdağ keçidində nə işin var?! Həm də "keçəl" təkərlərin üstündə. Guya bilmirsən, avtomobilini "texniki baxış" deyilən "ticari" prosedurdan hansı yolla keçirmisən?!

Bir də ki Yevlağa axı gərək Şamaxı-Ağsu, Şamaxı-İsmayıllı yolu ilə gedəsən?! Heç dünyanın düz vaxtı - yayın cırhacırında bu yollar təhlükəsiz deyil. Hələ yaşlı anasını avtomobilin ön oturacağına oturdub, buz üstünə çıxan qoçağa baxın!

Görəsən, sürücülük imtahanında məsuliyyəti ölçmək üçün test tətbiq etmək mümkündür?! Yox, bu, mümkün deyil. Mümkün olsaydı da, yəqin, sadəcə, sürücülük vəsiqəsinin "bazar" qiymətini qaldıracaqdı.

Odur ki, yenə də qayıdırıq vicdan məsələsinə. Heç olmasa, insan özünə qarşı məsuliyyət hiss edə. Öz həyatı üçün. Yaxınlarına görə...

Birinə qəzəblənəndə deyirik ha: "Adamın vicdanı olar!"

Yox, bu, təhqir deyil ki! Həqiqətən adamın vicdanı olar da! Həm də istənilən iqlim qurşağında, hər cür hava şəraitində...

Qısası, Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edirsə, deməli, fövqəladə hal var. Bu o deməkdir ki, həmin vəziyyətdə hər kəs "fövqəladə" davranmağa məcburdur. Qarlı-çovğunlu havalarda sağ qalmaq, salamat olmaq üçün öz gündəlik həyat tərzini bir az, ya da elə lap çox dəyişməli olacaqsan. Bu, yolu keçərkən, svetoforun qırmızı işığında dayanmaq kimi bir şeydir; adət edəcəyik. Bu qədər sadə və aydın!

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Fevral 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri