Icma.az
close
up
RU
Fövqəladə hallarda bağlı davranış qaydaları ilə bağlı tədbirlər keçirilib

Fövqəladə hallarda bağlı davranış qaydaları ilə bağlı tədbirlər keçirilib

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 6 nömrəli Uşaq Somatik Sanatoriyasında, Xətai rayonunda yerləşən 6 nömrəli Şəhər Poliklinikasında və Nərimanov rayonunda yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində, Sumqayıt RM tərəfindən Sumqayıt şəhərində yerləşən parklarda, yaşıllıq ərazilərində və istirahət mərkəzlərində, Abşeron rayonu, Xırdalan şəhər 27 nömrəli körpələr evi-uşaq bağçasında, Gəncə RM tərəfindən Gəncə şəhər 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində və Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzində, Muğan RM tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin “Kür” Su Təchizatı İdarəsində, Qarabağ RM tərəfindən Beyləqan şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal RM tərəfindən Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Məşrif kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Aran RM tərəfindən Goranboy Rayon Mərkəzi Xəstəxananda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 İyul 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri