Icma.az
close
up
RU
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...

Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...

Icma.az bildirir, Axar.az portalına istinadən.

Seuta ərazisində xidmət aparan Mərakeş təhlükəsizlik qüvvələri gücləndirilmiş hazırlıq vəziyyətinə gətirilib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “The Maghreb Times” xəbər portalı məlumat yayıb.

Yerli hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, Seutadan təxminən 5 kilometr məsafədə yerləşən Fnidek şəhərində və ətraf ərazilərdə əhəmiyyətli sayda əlavə qüvvələr yerləşdirilib, təhlükəsizliyin təmin edilməsi üzrə gücləndirilmiş hazırlıq rejimi elan edilib. Polisə sərhədi pozmağa cəhd edən şəxslərin sərt şəkildə qarşısının alınması tapşırığı verilib. Bundan əlavə, sahil xətti və sərhəd ərazilərinə aparan yollarda nəzarət tədbirləri gücləndirilib.

Mənbələr bildiriblər ki, bu tədbirlər sosial şəbəkələrdə Seuta ilə sərhədin kütləvi şəkildə qanunsuz keçilməsinə hazırlıqla bağlı məlumatların yayılmasından sonra görülüb. Bundan əvvəl sosial şəbəkələrdə yeni kütləvi miqrasiya dalğasına və böyük qruplar halında Seuta sərhədinin eyni vaxtda keçilməsinə çağırışlar yayılıb. Bəzi paylaşımlarda İspaniyaya köçmək və bu ölkədə iş tapmaq imkanları barədə məlumatlar da yer alıb. Yeni kütləvi keçidin avqustun 15-də həyata keçirilməsinin planlaşdırıldığı bildirilir.

Bununla əlaqədar Mərakeş hakimiyyəti bir daha xəbərdarlıq edib ki, bu cür çağırışların yayılması və ya qanunsuz miqrasiyaya təhrik qanunvericiliyə əsasən cəzalandırılır.

Xatırladaq ki, iyulun sonunda on minlərlə qanunsuz miqrant dəniz yolu ilə, eləcə də Seutanı Mərakeşdən ayıran dalğaqıranı piyada keçərək muxtar şəhərə çatmağa nail olub.

İspaniya tərəfinin məlumatına görə, son günlər Seuta sərhədini keçən miqrantların sayı təxminən 72 min nəfər olub. Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə isə, sərhədi qanunsuz keçməyə cəhd edənlərin faktiki sayı Seuta istiqamətində təxminən 40 min, Melilya istiqamətində isə 1135 nəfər təşkil edib.

Mərakeş Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, Seuta ilə sərhədi keçərkən 11 nəfər həyatını itirib. İspaniya hökuməti isə bu rəqəmin azı 72 olduğunu bildirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 Avqust 2026 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri