Icma.az
close
up
RU
FP: “Avropa Trampın təhdidlərinə hazır deyil”

FP: “Avropa Trampın təhdidlərinə hazır deyil”

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.azxəbər verir ki, Amerikanın məşhur “Foreign Policy (FP)” jurnalında dərc olunan məqalədə Avropanın siyasi isteblişmentini müdafiə xərcləri sahəsində ciddi problemlər gözlədiyi bildirilir.
Nəşr yazır ki, “artıq bir Tramp administrasiyasından sağ çıxmış” (2017-2021) Avropa Amerika liderinin ikinci prezidentlik müddətinə hazır olduğunu düşünür. Lakin avropalı siyasətçilərin Trampın ikinci müddətinin öhdəsindən necə gəlmək üçün “reseptləri” olduğuna ümid bəsləməsi sadəlöhvlükdür.
“Səhv hədəflərə fokuslanan və siyasi böhrandan yayınan Avropa Trampın ABŞ prezidenti kimi ikinci müddətinin təhdidlərinə hazır deyil”, - jurnal qeyd edir.
Məqalə müəllifinin fikrincə, avropalı siyasətçilər, o cümlədən hərbi xərclər sahəsində zəruri olan dəyişikliklərin aktuallığını və miqyasını hələ anlamayıblar. Bu baxımdan, Avropa tezliklə “Amerikanın təhlükəsizlik yastığını itirərək” müdafiəsiz qala bilər.
Trampın məqsədlərindən biri Avropanın müdafiəsi yükünü NATO müttəfiqlərinin üzərinə qoymaqdır. Avropanı öz niyyətlərinin ciddiliyini görməyə məcbur etmək üçün Amerikanın yeni administrasiyasının əlində bir neçə təsir imkanı var: ABŞ-nin Avropadakı hərbi mövcudluğunu azaltmaq və təhlükəsizlik üçün məsuliyyətini Avropa İttifaqına (Aİ) üzv ölkələrə ötürmək.
Müəllif həmçinin bildirir ki, Trampın Avropanın müdafiəsi ilə bağlı narahatlığı artıq “keçici dəb” deyil. Avropa oyanaraq başa düşməlidir ki, onun təhlükəsizlik sahəsində azad hərəkətləri dövrü bitib.
NATO rəhbəri: "4-5 ildən sonra özümüzü müdafiə edə bilməyəcəyik" Qeyd edək ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxışında ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmağın vacibliyini bir daha vurğulayıb. Trampın sözlərinə görə, onun siyasəti ədalətin bərpasına və alyansda maliyyə yükünün yenidən bölüşdürülməsinə yönəlib.
NATO ölkələrində hərbi xərclərin ÜDM-in 2%-nə çatdırılması qərarı 2014-cü ilin sentyabrında Uelsdə keçirilən sammitdə “Rusiya təhlükəsi” nə əsaslanaraq verilmişdi. Bu, Krımın Rusiyaya birləşdirilməsindən sonra baş verib. Maraqlıdır ki, NATO üzvlərinin bu öhdəliyi tam şəkildə yerinə yetirməsi də ilk prezidentliyi dövründə onlara ciddi təzyiq göstərməsi sayəsində mümkün oldu.
Bu baxımdan, müdafiə xərclərinin ÜDM-in 5%-nə qədər artırılması barədə onun öz iradəsini Şimali Atlantika Alyansı üzrə müttəfiqlərinə qəbul etdirəcəyi heç bir şübhə doğurmur. Yeri gəlmişkən, NATO-nun baş katibi Mark Rütte Donald Trampın bu tələbinin ədalətli olduğunu iddia edib. Başqa sözlə desək, qurumun baş katibi ABŞ prezidentinin qarşısında artıq “ağ bayraq” qaldırıb və digərlərinin də analoji addım atacağı yaxın vaxtların məsələsidir.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Yanvar 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri