Frank De Bleker “Qarabağ” “Turan Tovuz” oyununda yaşanan mübahisəli epizodu şərh edib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 27 yanvar, AZƏRTAC
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XX turunda keçirilən “Qarabağ”–“Turan Tovuz” (1:2) oyununda yaşanan mübahisəli epizodu şərh edib.
AZƏRTAC xəbər verir ki, belçikalı funksioner bu barədə milli assosiasiyanın rəsmi saytına açıqlama verib.
O, 90-cı dəqiqədə baş verən vəziyyəti belə izah edib: “Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top qonaqların üzvü Kauan Martinsin önünə düşür və o, qol vurur. VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 27 Yanvar 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















