Icma.az
close
up
RU
Frankfurtda Pegasus təyyarəsinin uçuşu dayandırılıb

Frankfurtda Pegasus təyyarəsinin uçuşu dayandırılıb

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin "Pegasus Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Frankfurt-Mayne hava limanında uçuş-enmə zolağına yanlış istiqamətdə çıxdığı üçün qalxış prosesi təcili dayandırılıb.

Bu barədə DPA agentliyi Almaniyanın Uçuş Təhlükəsizliyi Xidmətinin (DFS) nümayəndəsinə istinadən məlumat yayıb.

Hadisə İstanbula uçmağa hazırlaşan "Airbus A321” təyyarəsi ilə baş verib. Məlumata görə, dispetçerlər ekipajın səhvini vaxtında aşkar edərək qalxışın dayandırılması barədə göstəriş veriblər. Həmin vaxt təyyarənin sürəti saatda təxminən 65 kilometr olub. Bundan sonra dispetçerlər təyyarənin uçuş-enmə zolağından çıxarılmasını təmin ediblər.

"The Aviation Herald” portalının məlumatına əsasən, təyyarəyə 18 nömrəli uçuş-enmə zolağından cənuba doğru qalxmağa icazə verilib. Lakin pilotlar hərəkət yolundan uçuş-enmə zolağına çıxarkən təyyarəni şimala doğru istiqamətləndiriblər.

DFS nümayəndəsi hadisəni "həqiqətən fövqəladə hal” adlandırıb və Almaniyada belə halların olduqca nadir baş verdiyini bildirib. Bununla belə, o, vəziyyətin yerüstü xidmətlərin tam nəzarətində olduğunu və sərnişinlərin təhlükəsizliyi üçün real təhdidin yaranmadığını vurğulayıb.

Almaniyanın Uçuş Təhlükəsizliyi Xidməti hadisə ilə bağlı materialları Braunşveyqdə yerləşən Federal Aviasiya Hadisələrinin Araşdırılması Bürosuna (BFU) göndərib. Qurum yoxlama apararaq rəsmi araşdırmanın başlanmasına ehtiyac olub-olmadığını müəyyənləşdirəcək.

///teleqraf///

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 Oktyabr 2026 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri