Fransa 12 il sonra Suriyaya diplomat göndərir
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkənin yeni hökuməti ilə əlaqə qurmaq vəzifəsi daşıyacaq bir qrup fransız diplomatın Suriyaya səfər edəcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, o, bu barədə “France Inter” radiostansiyasının efirində deyib.
Barro qeyd edib ki, Fransa Suriyanı suriyalılara qaytarmaq üçün çalışır:
"Bu islamçı qrupların bəzilərinin keçmişini bilirik. Dəməşqdə yeni hökumət tezliklə öz yerini Suriyadakı bütün icmaları və inancları təmsil edəcək keçid hökumətinə verməlidir".
XİN rəhbəri dörd diplomatdan ibarət diplomatik nümayəndəliyin çərşənbə axşamı, dekabrın 17-də Suriyaya səfər edəcəyini açıqlayıb. Bu, Fransa rəsmilərinin son 12 ildə bu ölkəyə ilk səfəri olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 15 Dekabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















