Icma.az
close
up
RU
Fransa Azərbaycan ərazisində seperatizmi dəstəkləyir DEPUTAT

Fransa Azərbaycan ərazisində seperatizmi dəstəkləyir DEPUTAT

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Fransa Azərbaycan ərazisində seperatizmi dəstəkləyir" - DEPUTAT

6 yanvar 2025-ci il tarixində Fransa Prezidenti Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı bildirib ki, "Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib". O, həmçinin qeyd edib ki, "Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür".

Bəs görəsən bu açıqlama nə dərəcədə həqiqəti əks etdirir?

Deputat Razi Nurullayev mövzu ilə bağlı Sonxeber.az – a danışıb:

"Fransa prezidenti Emmanuel Makronun dedikləri həqiqəti əks etdirmir. Əslində minsqrupun həmsədri Fransa, ABŞ və Rusiya olub. Onlar qərarları birlikdə qəbul ediblər və münaqişənin həllini 30 gün gecikdiriblər. Bu onların birgə səyinin nəticəsində əmələ gəlib. Minsqrup Fransa, Rusiya, Amerika daxil olmaqla həmişə Ermənistanın tərəfini saxlayıb. Onlar açıq şəkildə bunu dilə gətirməsələr də, əməlləri ilə göstərməsələr də, bu açıq-aydın sezilib. 44 günlük müharibə zamanı da biz minsqrup həmsədr ölkələrinin Ermənistanın tərəfini tutduğunun şahidi olduq. Rusiya üzərindən Ermənistana silahlar daşınırdı. Onlar öz İskəndər raketini Ermənistana vermişdilər və həmin raketlərlə Azərbaycana atəş açılırdı. Bu baxımdan Rusiyanın Azərbaycana bağlanması qəbul edilən deyil. Fakt ortadadır. Azərbaycan öz ərazisində vuruşub. Torpaqlarımız işğal olunub və təəssüflər olsun ki, bu müddət ərzində Fransa Ermənistanın işğalçılıq siyasətini pisləməyib. Əgər doğurdan da Fransa beynəlxalq hüquqa hörmət edirsə, birinci növbədə Ermənistanın işğalçılıq siyasətini pisləməli, Azərbaycanın ərazi bütövlüyünü tandığını və hörmət etdiyini bildirməli idi. Ermənistana təzyiq göstərməli, yerindən-yurdundan didərgin düşən 1 milyon insanın haqqında da danışmalı və onlara yardım göstərməli idi. Amma təəssüflər olsun ki, Fransa bunun əksini etdi. Bütün bunlara görə, Fransa prezidentinin bu tip açıqlamaları da mən deyərdim ki, iki ölkə arasında münasibətləri daha da gərginləşdirəcək. Hərçənd, Azərbaycanla Fransa arasında çox gözəl münasibətlər, əməkdaşlıq olub. Dostluq meyilləri ildən-ilə güclənib. Amma indi Fransa Azərbaycan ərazisində seperatizmi dəstəkləyir. Onlar Ermənistanı haqsız müdafiə edirlər. Azərbaycan isə Fransanın müstəmləkəsi olan ölkələrin azad və müstəqil dövlət olma istəyini dəstəkləyir. Bunda beynəlxalq hüquqa zidd heç nə yoxdur".

Çiçək Sadatova


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 07 Yanvar 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri